Ramiz Məmmədovun komandasının rəqibləri müəyyənləşdi

Ramiz Məmmədovun komandasının rəqibləri müəyyənləşdi
XƏBƏR 11 Aprel 2011 / 15:37 1729
-  A +

Bu gün Qazaxıstan kubokunun 1/8 final mərhələsinin püşkatma mərasimi keçirilib. Qol.Az-ın məlumatına görə, həmyerlimiz Ramiz Məmmədovun rəhbərlik etdiyi "Atırau" klubunun rəqibləri də müəyyənləşib.

Lakin maraqlıdı ki, 1/16 final mərhələsinin qarşılaşmaları aprelin 13-də keçiriləcək. Ramiz Məmmədovun komandası isə ilk mərhələdə "Astana" klubu ilə qarşılaşacaq. Səfərdə baş tutacaq bu görüşdə qalib gələn tərəf növbəti mərhələyə yüksələcək.
 
Kubokun 1/8 final mərhələsində isə "Atırau" ÇSKA – "Tobol" cütünün qalibi ilə qarşılaşacaq. Aprelin 20-də keçiriləcək bu görüşü də Məmmədovun komandası səfərdə keçirməli olacaq.


Son xəbərlər
30.12.25  16:04

Pedri hazırdır