Berti Foqts: "Neftçi" çempion olmağa çox yaxındır"

Berti Foqts: "Neftçi" çempion olmağa çox yaxındır"
XƏBƏR 11 Aprel 2011 / 14:28 1908
-  A +

Bu gün "Neftçi"nin bazasına baş çəkən Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts klub prezidenti Sadıq Sadıqovla görüşüb. Qol.Az-ın məlumatına görə, səmimi qəbula görə "Neftçi"nin prezidenti Sadıq Sadıqova minnətdarlığını bildirən Foqts klub rəhbərliyinin qarşıdakı planları ilə maraqlanıb.

Həmçinin, qonaq "ağ-qaralar"a gələcək yarışlarda uğurlar arzulayıb: "Neftçi"nin bazasında gördüklərim məni məmnun etdi. Hazırda bu komanda Premyer Liqanın çempionu olmağa çox yaxındır. Ölkə çempionatında və yayda mübarizə aparacağınız avrokuboklarda sizə uğurlar arzulayıram".

 


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner