Nazim Süleymanov: "İkiqat sevinc yaşadıq"

Nazim Süleymanov: "İkiqat sevinc yaşadıq"
XƏBƏR 10 Aprel 2011 / 22:29 1996
-  A +

"Həm Azərbaycan futbolu üçün, həm də AZAL klubu üçün əlamətdar bir gündür. Klubumuzun yeni stadionunun açılışı oldu. Qalib gələrək ikiqat sevinc yaşadıq". Qol.Az-ın məlumatına görə, bunu AZAL klubunun baş məşqçisi Nazim Süleymanov "Bakı" üzərində 1:0 hesablı qələbə qazandıqları görüşdən sonra deyib.

Süleymanov Şüvəlan qəsəbəsindəki yeni stadionlarının açılışı münasibətilə bütün idmansevərləri təbrik edib: "Futbolçularımdan razıyam. Qoldan sonra da hesabı artırmaq üçün bir neçə imkanımız oldu. Bütün idmansevərləri yeni stadionun açılışı münasibəti ilə təbrik edirəm".

Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner