Bəhmən Həsənov: "O, işini bilən adamdır"

Bəhmən Həsənov: "O, işini bilən adamdır"
XƏBƏR 10 Aprel 2011 / 18:29 1701
-  A +

"Meydanın və hava şəraitinin əlverişsiz olması oyunumuza təsir etdi. Hesabı açsaq da, üstünlüyü qoruyub saxlaya bilmədik". Qol.Az-ın məlumatına görə, bunu "Muğan"ın baş məşqçisi Bəhmən Həsənov "Gəncə" ilə səfər matçında əldə etdikləri 1:1 hesablı heç-heçədən sonra deyib.

Həsənov komandasının oyunundan və baş hakim Elçin Məmmədovdan razı qalıb: "Komandamdan və bugünkü nəticədən razıyam. Elçin Məmmədov peşəkar hakimdir. Köməkçilərinin gənc olmasına baxmayaraq, onların bugünkü qərarlarından razı qaldım".

Mehman Allahverdiyevi "Gəncə" klubuna baş məşqçi təyin olunması münasibətilə təbrik edən həmkarı onu "işini bilən adam" kimi dəyərləndirib. Həsənov "Gəncə"yə uğurlar arzulayıb.

Son xəbərlər
30.12.25  16:04

Pedri hazırdır