Cokiça Hacıyevski: "Məğlubiyyətdə əsas günahkar özüməm"

Cokiça Hacıyevski: "Məğlubiyyətdə əsas günahkar özüməm"
XƏBƏR 9 Aprel 2011 / 18:11 1869
-  A +

Premyer Liqanın 26-cı turunda Zaqatalanın "Simurq" klubu öz meydanında MOİK-ə 1:2 hesabı ilə məlub olub. Qol.Az-ın məlumatına görə, "Simurq" klubunun baş məşqçisi Cokiça Haciyevski oyundan sonra keçirilən mətbuat konfransında bunları deyib:

"MOİK-i qələbə münasibəti ilə təbrik edirəm. Uşaq səhvləri buraxdıq. Müdafiəçilərimiz erkən qol buraxdı, psixoloji tarazlığı itirdik. İkinci hissədə isə künc zərbəsindən sonra ikinci qolu buraxdıq, oyunumuz alınmadı.

Məğlubiyyətdə ilk növbədə baş məşqçi günahkardır, mən öz günahımı boynuma alıram. Rəhbərlik etdiyim komandada hər hansı bir oyunçunun səhvini boynuna almasını görməmişəm".


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner