"Bakı"nın italyan əsilli fransalı müdafiəçisi Stefan Borbikoni komandası və Azərbaycan futbolu haqda klubun rəsmi saytına müsahibə verib. Qol.Az-ın məlumatına görə, Borbikoni "Bakı"nı çox sevdiyini və Azərbaycanda qalmaq istədiyini bildirib:
Yayda müqavilənin müddəti bitir. İcarə əsasında məxsus olduğun kluba qayıdırsan, “Bakı”da qalmaq istəyirsən, yoxsa karyeranı başqa ölkədə davam etdirmək fikrindəsən?
Hər şeyə müqaviləmin sona çatmasından sonra aydınlıq gələcək. İlk öncə Fransaya qayıdıb, “Metz” rəhbərliyi ilə görüşəcəyəm. Düzünü desəm, burada qalmağı üstün tuturam. Çünki, “Metz” ikinci liqada sonuncu pillələrdədir. Belə davam edərsə, klub 3-cü liqaya düşəcək. Bu halda mən orada oynamaq istəməzdim.
Azərbaycana ilk gəlişinin üzərindən bir ilə yaxın vaxt keçib. Bu dövr ərzində geriyə baxıb, nələri xatırlayırsan?
“Bakı” Azərbaycanın ən iddialı klublarından biridir. Klub rəhbərliyi komandamızı həmişə mükafatçılar sırasına görmək üçün yaradıb. Təəssüf ki, bu mövsüm uğursuz çıxış edirik. Çempionluq şanslarımız sıfıra ensə də, kubok oyunlarında sona qədər vuruşacağıq. Elə-belə təslim olmayacağıq.
Kubok yolunda növbəti rəqibiniz “Xəzər Lənkəran” asan rəqib deyil…
Rəqibə yaxşı bələdik. Bilirəm ki, bu oyunlar həmişə maraqlı və gərgin keçir. Turnir cədvəlindən asılı olmayaraq, onları mütləq məğlub etməliyik. Avropaya çıxmaq üçün başqa şansımız yoxdur.
Liderlə aranızda 20 xallıq fərq var. Aydın məsələdir ki, çempionluq əldən gedib. Amma o da faktdır ki, “Bakı” istənilən halda qələbəyə, yaxşı nəticəyə oynayır.
Əlbəttə. Qarşımıza qoyulan hədəf hər oyunda meydana çıxıb, qələbə qazanmaqdır. Biz peşəkar futbolçularıq. Turnir cədvəlindən asılı olmayaraq əsas işimiz meydana çıxıb bacarığımızı nümayiş etdirməkdir. Mümkün olduğu qədər irəliləməyə çalışacağıq.
“Bakı”nın bugünkü durumundan ən çox narahat olan azarkeşlərdir. Tərəfdarlara nə demək istərdin?
Bura gəldiyim ilk gündən onlardan böyük dəstək görmüşəm. Bizim azarkeşlər sayca bəzi rəqiblərimizdən az görünsələr də, onları ən güclü hesab edirəm. Biz futbolu ilk növbədə onlar üçün oynayırıq. Əminliklə deyirəm ki, Azərbaycanın ən mehriban fanatları “Bakı” azarkeşləridir. Nə olursa olsun, onlardan həmişə dəstək görçüşük və gələcəkdə də gözləyirik.
Fransadan başqa Türkiyə Superliqasında da oynamısan. Top qovduğun üç liqa arasında hansı paralellər aparmaq olar?
Futbol bütün dünyada eyni cür oynanılır. Hər ölkənin özünəməxsus çempionatı var. Türkiyədə nizam-intizama ciddi önəm verilirdi. Gündəlik məşqlər və təlim-məşq toplanışları çox olurdu.
Bizim klubun baş məşqçisi Aleksandr Starkov Latviya yığmasını çalışdırır. Onun məşqləri Fransada keçdiyimiz məşqlərdən fərqlənmir. Azərbaycan Premier Liqasını Fransa çempionatı ilə müqayisə etmək düzgün olmazdı.
Azərbaycan futbolu cəmi 2 onillikdir ki, müstəqil şəraitdə yaşayır. Fransa futbolunun isə 100 ildən artıq yaşı var. Bununla belə ölkəniz və futbolunuz sürətlə inkişaf edir. Komandalar və oyunçuların səviyyəsinə görə Azərbaycan liqasını Fransanın ikinci liqasına bənzətmək olar.
Boş vaxtlarında nə edirsən?
Azərbaycanda hər şey ürəyimcədir. Burada özümə çoxlu dost qazanmışam. Bakını çox sevirəm. Mən “Tarqovı” (Nizami küçəsi) adlanan yerdə yaşayıram, boş vaxtlarımda da elə oralarda dincəlirəm.
“Bakı” klubunun bazası bu yaxınlarda tam istifadəyə veriləcək. İnfrastruktur baxımından Fransa klubları ilə müqaisə aparmaq olarmı?
Bu baza Avropa standartlarına tam uyğundur. Bəzi məqamlara görə “Bakı”nın bazası Fransa ikinci liqasında oynayan bir çox klubları üstələyir. Bununla belə burada hələ görülməli xeyli iş var. Ən əsası gələcək nəsillərin səviyyəsini düşünmək lazımdır. Uşaq futboluna xüsusi diqqət yetirmək, bunu bir sistem halına salmaq zəruridir.
Biz məşqdə olarkən uşaq və yeniyetmələrin necə həvəslə məşq etdiyinin şahidi oluram. Bu onu göstərir ki, klub rəhbərləri uşaq futboluna ciddi önəm verirlər.
Klubumuzun potensialı olduqca böyükdür. Bu imkanlardan səmərəli istifadə edərək əsl bir superklub yaratmaq olar. Bu sahədə aparılan işlər “Bakı”nın tezliklə yeni səviyyəyə yüksələcəyini göstərir.
Görəcəksiz ki, bir neçə ildən sonra “Bakı”nın gəncləri Avropa klublarına transfer olunacaqlar.
"Atletiko" ilə fikir ayrılıqlarını aradan qaldırdıq"
Ronaldo yığmanın düşərgəsini tərk edib?
Şotlandiya - Azərbaycan matçının heyətləri açıqlandı
Hakimlərlə bağlı açıqlaması başına bəla oldu
10 oyunluq cəzalansa da, baş məşqçi onu təriflədi
“Heç kim heyət seçimimə təsir edə bilməz”
Millimizin futbolçusu Lixtenşteynlə oyunu buraxacaq
“Onların itirəcəyi heç nə yoxdur” - Ayxan Abbasov
“Sabah mütləq qalib gəlməliyik” - Emin Mahmudov
O da zədələndi, millidən getdi
Mərc oyunlarının qadağan edilməsinin səbəbini açıqladı
“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirildi
“Real”ın futbolçusu əməliyyat olunacaq
PFL 15 oyunun vaxtını açıqladı
Vüqar Nadirovun unudulmaz qolu - Video
Azərbaycan boksçuları Avropa çempionatına yollandılar
“Mançester Siti” günahsızlığını sübut edəcəyinə əmindir
Futbolçularını Messinin vida oyununa buraxmadılar
Bu federasiyaya yeni prezident seçildi
“Hazırda millinin heyəti elə də güclü deyil” - Mircavadov
Rudolf Speyd “Qarabağ”ın futbolçusu haqda nə dedi?
Şotlandiya - Azərbaycan oyunu bu kanalda
Skalonidən Messi açıqlaması
Türkiyə millisinin heyətindən çıxarıldı
Klub prezidenti qətlə yetirildi
Mikels bu dəfə millidə qol ötürməsi etdi
"Mançester Siti"nin sabiq futbolçusu vəfat etdi
İspaniyanın Xorvatiyaya vurduğu 4 qol - Video
Portuqaliya millisində Ronaldo gərginliyi
Çeferindən İnfantinoya sərt sözlər: “Artıq kifayətdir”
“Sabahın Ulduzları”nda bürünc medalın sahibləri bilindi
Tomas Müllerlə müqavilə uzadıldı
Ronaldo millinin məşqini buraxdı
“Qalatasaray”ın baş məşqçisinin cəzası bilindi
Finlandiya Belarusla heç-heçə etdi