Pivə qalmaqalı ilə bağlı qərar çıxarıldı

Pivə qalmaqalı ilə bağlı qərar çıxarıldı
XƏBƏR 9 Aprel 2011 / 08:33 2038
-  A +

Almaniyanın "Sankt Pauli" klubu Bundesliqanın 30-cu turu çərçivəsində aprelin 23-də "Verder"i azarkeşsiz tribunalar önündə qəbul etməli olacaq. Qol.Az-ın məlumatına görə, bu barədə Almaniya Futbol İttifaqı qərar verib. 

"Sankt Pauli"nin "Şalke 04"lə keçirdiyi əvvəlki ev oyununda azarkeşlərin meydançaya atdıqları pivə piyaləsi yan xətt hakiminin başına dəyib. 89-cu dəqiqədə baş verən həmin olaydan sonra türkiyəli baş hakim Dəniz Aytəkin matçı dayandırıb. Həmin vaxt hesab 2:0 "Şalke 04"ün xeyrinə olub.

Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner