Qış transfer dövründə Türkiyənin “Beşiktaş” klubunun böyük səylər nəticəsində transfer etdiyi portuqaliyalı futbolçu Uqo Almeydanın müqaviləsində ilginc maddələrin yer aldığı üzə çıxıb. Qol.Az-ın məlumatına görə, Almaniya “Verder”indən alınan 27 yaşlı hücumçu Portuqaliya millisinin oynadığı qarşılaşmalara klubunun ayırdığı özəl təyyarə ilə gedib-qayıdır.
Üstəlik, “Fiyapı İnönü” stadionunda keçirilən hər matçdan sonra onu evinə sürücünün idarə etdiyi ayrıca mikroavtobus aparır. Bütün bunlar üçün Almeyda menecerləri Jorje Mendeslə Ahmet Buluta minnətdar olmalıdır. Menecerlər qış transfer dövründə futbolçunun İspaniya və İngiltərə klublarından da təklif aldığını iddia edərək, onun “Beşiktaş”a keçidini çətinləşdirmək üçün müqaviləyə ilk baxışdan reallaşdırılması çətin görünən belə bir bəndin əlavə olunmasını istəyiblər.
Onlar bunu Almeydanın yığmanın oyunlarına gediş-gəlişinin çətinləşəcəyi ilə əlaqələndiriblər. Lakin “qartallar”ın prezidenti Yıldırım Dəmirörən dərhal “Almeyda istəsin, özəl təyyarə sərəncamında olacaq” deyərək, razılıq verib. Portuqalıyalı forvard isə üstünlüyü onun transferi naminə bu qədər fədakarlıq edən “Beşiktaş”a verib.
Həmin təyyarənin markası “Hawker 900 XP”, dəyəri isə 12 – 15 milyon dollar aralığındadır. Hava nəqliyyatı İstanbuldan Portuqaliyanın paytaxtı Lissabona uçuşu və qayıdışı 14 min avroya başa gəlir. Təyyarənin çoxlu sayda xüsusiyyəti də var. Onun saxlanma xərci təqribən 200 min dollardır, 2 pilotu, 1 stüardessası var, 11 nəfərlikdir, 500 hava mili sürət yığa, fasiləsiz 2800 mil və 6 saat uça, qısa və uzun mənzillərə istifadə oluna bilir.
"Atletiko" ilə fikir ayrılıqlarını aradan qaldırdıq"
Ronaldo yığmanın düşərgəsini tərk edib?
Şotlandiya - Azərbaycan matçının heyətləri açıqlandı
Hakimlərlə bağlı açıqlaması başına bəla oldu
10 oyunluq cəzalansa da, baş məşqçi onu təriflədi
“Heç kim heyət seçimimə təsir edə bilməz”
Millimizin futbolçusu Lixtenşteynlə oyunu buraxacaq
“Onların itirəcəyi heç nə yoxdur” - Ayxan Abbasov
“Sabah mütləq qalib gəlməliyik” - Emin Mahmudov
O da zədələndi, millidən getdi
Mərc oyunlarının qadağan edilməsinin səbəbini açıqladı
“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirildi
“Real”ın futbolçusu əməliyyat olunacaq
PFL 15 oyunun vaxtını açıqladı
Vüqar Nadirovun unudulmaz qolu - Video
Azərbaycan boksçuları Avropa çempionatına yollandılar
“Mançester Siti” günahsızlığını sübut edəcəyinə əmindir
Futbolçularını Messinin vida oyununa buraxmadılar
Bu federasiyaya yeni prezident seçildi
“Hazırda millinin heyəti elə də güclü deyil” - Mircavadov
Rudolf Speyd “Qarabağ”ın futbolçusu haqda nə dedi?
Şotlandiya - Azərbaycan oyunu bu kanalda
Skalonidən Messi açıqlaması
Türkiyə millisinin heyətindən çıxarıldı
Klub prezidenti qətlə yetirildi
Mikels bu dəfə millidə qol ötürməsi etdi
"Mançester Siti"nin sabiq futbolçusu vəfat etdi
İspaniyanın Xorvatiyaya vurduğu 4 qol - Video
Portuqaliya millisində Ronaldo gərginliyi
Çeferindən İnfantinoya sərt sözlər: “Artıq kifayətdir”
“Sabahın Ulduzları”nda bürünc medalın sahibləri bilindi
Tomas Müllerlə müqavilə uzadıldı
Ronaldo millinin məşqini buraxdı
“Qalatasaray”ın baş məşqçisinin cəzası bilindi
Finlandiya Belarusla heç-heçə etdi