"Liverpul"da Cerrard şoku

"Liverpul"da Cerrard şoku
XƏBƏR 8 Aprel 2011 / 14:38 2125
-  A +

İngiltərənin köklü klublarından olan "Liverpul"un işləri heç də yaxşı getmir. Qol.Az-ın məlumatına görə, "mersisaydlılar" bu dəfə kapitan Stiven Cerrarddan gələn şok xəbərlə sarsılıb.

Bu mövsüm heç də yaxşı günlərini keçirməyən "Liverpul"un kapitanı Cerrard qasıq nahiyyəsindəki zədə səbəbi ilə mövsümü başa vurub. "Liverpul"un baş məşqçisi Kenni Dalqliş də keçən həftə əməliyyat olunan Cerrardın vəziyyətinin yaxşı olmadığını bildirib.

Qeyd edək ki, "Liverpul" hazırda 45 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.


Son xəbərlər
30.12.25  16:04

Pedri hazırdır