“Qarabağ” klubunun mətbuat xidməti Unibank Premyer Liqasında növbəti oyunu öncəsi statistik araşdırma hazırlayıb. Qol.Az-ın məlumatına görə, tarixində 17-ci dəfə görüşəcək “Qarabağ”la “Xəzər Lənkəran”ın arxada qalan 7 ildə duellərinə nəzər salınıb.
2004/05 mövsümündə baş tutmuş ilk oyunda Samir Musayevin dublu və Vadim Vasiliyevin möhtəşəm qoluna rəqib yalnız Samir Əliyevin təsəlli qolu ilə cavab verə bildi - 3:1. Əvəzində komandamız üçün çempionluq yolunda çox vacib cavab qarşılaşmasında Lənkəran təmsilçisi qalib gəldi – 0:3.
2005/06 mövsümündə də komandalar hərəyə üç xal qazanıblar. İlk dövrədə “Şəfa” stadionunda keçirilən ev oyununda 2:1 hesabı ilə qələbə qazanan Qarabağ” cavab qarşılaşmasında məğlubiyyətlə üzləşdi – 0:2.
2006/07 mövsümündə rəqiblərdən sevinən tərəf cənub təmsilçisi olur. Bunlar uyğun olaraq 2:0 və 4:1 hesablı qələbələr olur.
2007/08 mövsümündə isə komandalar eyni nəticəni göstərib. “Qarabağ” səfərdə 0:2 hesabı ilə (qolları Elmar Baxşıyevlə Juninyo vurub) uduzsa da, doğma meydanda cənublulara eyni aqibəti yaşatdı. Vaqif Cavadov və Zaur Həşimovun qolları komandaya qələbə gətirdi.
2008/09 mövsümündə İlk oyun Lənkəranda baş tutdu. Vaqif Cavadov, Zaur Ramazanov və Sedat Saininin vurduğu qollara sadəcə Mario Souza uzatma dəqiqələrində cavab verə bildi. Bununla “Qarabağ” 3:1-lik qələbəylə Lənkəranda ilk qələbəsini qazandı. Cavab görüşü isə komandanın Quzanlıda qazandığı ilk 3 xal kimi tarixə düşdü. Artim Şakirinin sona yaxın vurduğu qol ağdamlıların cənublular üzərində ardıcıl 3-cü qələbəsini rəsmiləşdirdi.
2009/10 mövsümündə çempionatının yeni formatı ilə əlaqədar olaraq tərəflər 4 dəfə qarşılaşmalı oldular. Üstəlik, kubokun ¼ final mərhələsində tərəflər münasibətlərini ayırd etməli oldular. Təsnifat mərhələsində ilk dövrədə Quzanlıda baş tutan matçda Rauf Əliyev 85-ci dəqiqədə başla vurduğu gözəl qolla “Qarabağ”a qələbə gətirdi. Fevralın 13-ündə baş tutan cavab görüşündə isə qolsuzluq sükutu pozulmadı. Bu eyni zamanda tərəflər arasında birincilikdə keçirilən 12-ci oyunda ilk heç-heçə kimi tarixə düşdü. Final mərhələsində ilk oyun aprelin 3-də Lənkəranda baş tutdu. Buna qədər 5 oyundur çempionatda cənublulara məğlub olmayan “Qarabağ” 3 il sonra rəqibindən xal ala bilmədi. Kabral və Marionun qollarına Adamiya bir dəfə cavab verə bildi. Cavab görüşündə isə ağdamlılar Rəşad Sadıqov və Rauf Əliyevin vurduğu qollarla 2:1 hesabı ilə qalib gəldi. Kubok qarşıdurmasında isə “Qarabağ” ilk görüşdə 2:1 hesablı qələbə qazansa da, cavab görüşündə məğlub oldu – 0:1.
2010/11 mövsümünün təsnifat mərhələsində bərabərliyi sevməyən komandalar bu dəfə də hərəyə bir qələbə qazandılar. Amma bu dəfə qələbə tərəfləri dəyişdilər. Adətən ev oyunlarında üstün olan komandalar bu dəfə səfərdə 3 xalı qazandılar. Oktyabrın 30-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutmuş görüşdə nominal ev sahibi olan “Qarabağ” 0:1 hesabı ilə uduzdu. Arbanasın vurduğu baxımlı qol oyunda yeganə oldu. Qış fasiləsinə yollanmamışdan öncə bu dəfə tərəflər 16-cı dəfə üz-üzə gəldilər. Oyun Rauf Əliyevin benefisi ilə yadda qaldı. Təcrübəli Alim Qurbanovun bir qoluna gənc forvardımız dublla cavab vedi.
Beləliklə, arxada qalan 16 görüşdə “Qarabağ” 8 qələbə qazanaraq 7 dəfə məğlub olub. Cəmi 1 görüşdə tərəflər 1 xala razılaşıblar. Topların fərqində isə lənkəranlılar üstündür – 20-17.
"Atletiko" ilə fikir ayrılıqlarını aradan qaldırdıq"
Ronaldo yığmanın düşərgəsini tərk edib?
Şotlandiya - Azərbaycan matçının heyətləri açıqlandı
Hakimlərlə bağlı açıqlaması başına bəla oldu
10 oyunluq cəzalansa da, baş məşqçi onu təriflədi
“Heç kim heyət seçimimə təsir edə bilməz”
Millimizin futbolçusu Lixtenşteynlə oyunu buraxacaq
“Onların itirəcəyi heç nə yoxdur” - Ayxan Abbasov
“Sabah mütləq qalib gəlməliyik” - Emin Mahmudov
O da zədələndi, millidən getdi
Mərc oyunlarının qadağan edilməsinin səbəbini açıqladı
“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirildi
“Real”ın futbolçusu əməliyyat olunacaq
PFL 15 oyunun vaxtını açıqladı
Vüqar Nadirovun unudulmaz qolu - Video
Azərbaycan boksçuları Avropa çempionatına yollandılar
“Mançester Siti” günahsızlığını sübut edəcəyinə əmindir
Futbolçularını Messinin vida oyununa buraxmadılar
Bu federasiyaya yeni prezident seçildi
“Hazırda millinin heyəti elə də güclü deyil” - Mircavadov
Rudolf Speyd “Qarabağ”ın futbolçusu haqda nə dedi?
Şotlandiya - Azərbaycan oyunu bu kanalda
Skalonidən Messi açıqlaması
Türkiyə millisinin heyətindən çıxarıldı
Klub prezidenti qətlə yetirildi
Mikels bu dəfə millidə qol ötürməsi etdi
"Mançester Siti"nin sabiq futbolçusu vəfat etdi
İspaniyanın Xorvatiyaya vurduğu 4 qol - Video
Portuqaliya millisində Ronaldo gərginliyi
Çeferindən İnfantinoya sərt sözlər: “Artıq kifayətdir”
“Sabahın Ulduzları”nda bürünc medalın sahibləri bilindi
Tomas Müllerlə müqavilə uzadıldı
Ronaldo millinin məşqini buraxdı
“Qalatasaray”ın baş məşqçisinin cəzası bilindi
Finlandiya Belarusla heç-heçə etdi
"Zirə"nin futbolçusu millidə qol vurdu