Belçika futbolunda faciə

XƏBƏR 7 Aprel 2011 / 16:38 2121
-  A +

Belçika kubokunun yarımfinalında qarşılaşan "Standart" - "Gent" matçında faciə yaşanıb. Qol.Az-ın məlumatına görə, oyun zamanı tribunadan matçı izləyən bir azarkeş yerə düşərək dünyasını dəyişib.

Şahidlərin ifadəsinə görə, hadisə qəza nəticəsində baş verib. Belə ki, oyunu izləyən azarkeş bir anlıq müvazinətini itirərək başı üstə yerə düşüb. Zərərçəkən dərhal xəstəxanaya çatdırılsa da, o bir neçə dəqiqə sonra vəfat edib. 

Qeyd edək ki, ölən azarkeşin kimliyi və yaşı açıqlanmayıb.


Son xəbərlər
30.12.25  16:04

Pedri hazırdır