"Qarabağ" "Xəzər Lənkəran"la oyuna tam heyətlə hazırlaşır

XƏBƏR 7 Aprel 2011 / 14:27 1689
-  A +

Ağdamın "Qarabağ" klubu "Xəzər Lənkəran"la oyunun hazırlıqlarını davam etdirir. Qol.Az-ın məlumatına görə, bazar günü "Qarabağ"dan bir üst pillədə qərarlaşmış cənubluları qəbul edəcək Qurban Qurbanovun komandası gündə bir dəfə olmaqla Suraxanı qəsəbə stadionunda məşq keçir.

Komandanın məşqləri oyunun baş tutacağı saatda, 16:00-da keçirilir. "Qarabağ"ın hazırlığında futbolçuların hamısı iştirak edir. Sadəcə, ayağında burxulma olan Sahil Kərimov məşqlərdən kənarda qalıb.

"Neftçi" ilə sonuncu oyunda zədələnən Rauf Əliyev də məşqlərə başlayıb. Gözünə palçıq düşən forvard 2 günlük fasilənin ardından məşqlərə qatılıb. Sabahdan isə "Qarabağ" oyunla bağlı "kamp"a girəcək.


Son xəbərlər
30.12.25  16:04

Pedri hazırdır