«Qəbələ»nin köməkçi məşqçisi Fatih Kavlak «Qəbələ FK» qəzetinə müsahibə verib. Müsahibəni təqdim edirik
“Qəbələ”də yardımçı məşqçi vəzifəsini yerinə yetirən Kavlak buna qədər “Malatyaspor”, “Gənclərbirliyi”, “Trabzonspor”, “Qarabağ” klublarında çalışıb. Fatih Kavlak karyerası ərzində, əsasən, tanınmış mütəxəssis Ziya Doğanın rəhbərlik etdiyi məşqçi heyətində yer alıb və onun təcrübəsindən bəhrələnib. Hazırda fəaliyyətini “Qəbələ”də baş məçqçi köməkçisi kimi davam etdirir.
-Futbolçulardan bəziləri deyir ki, bizi Fatih hocanın əlinə versəniz, canımızı alar...
- Belə deyirlərsə, buna sevindim. Baş məşqçinin tərtib etdiyi ümumi məşq proqramında müxtəlif bölümlər, o cümlədən, fiziki bölüm də var. Fiziki hazırlıq proqramını mən həyata keçirirəm.
- Bundan əvvəl “Qarabağ”da çalışırdınız. Ordakı işinizlə burdakı arasında hansı fərqlər var?
- “Qarabağ”da Qurban Qurbanovun birinci köməkçisi idim. Burda həmin vəzifəni Qari Stivens yerinə yetirir. Müqayisə üçün deyim ki, “Qarabağ”da məşqlərdə daha aktiv idim. Ümumən götürsək, hər iki komandada işim çox oxşardır. Ola bilsin, başqa klublarda fiziki hazırlıq üzrə ayrıca məşqçi var. Bu vəzifəni “Qəbələ”də mən həyata keçirirəm, sadəcə, Toni Adamsın hazırlıq proqramı çərçivəsində.
- Futbolçuların fiziki hazırlıq səviyyəsini necə, hansı yolla müəyyən edirsiz?
- “Yo-yo test” deyilən bir kompüter proqramı var. Bu proqram vasitəsilə dövrələrarası fasilələrdə futbolçuları testdən keçiririk. Sonra onların hazırlıq səviyyəsini əks etdirən protokollarla tanış oluruq. Tələblərə cavab verməyən futbolçuları əlavə məşqlərə cəlb edirik. Bu testləri mövsümün əvvəlində, ortasında, bir də sonunda edirik.
- Testlər oxucular üçün maraqlı ola biləcək məqamlara, deyək ki, “Qəbələ”nin ən sürətli futbolçusu kimdi?” sualına aydınlıq gətirirmi?
-Xeyr, bu test metodu futbolçuların hazırlıq səviyyəsini göstərir, ən sürətli, yaxud ən çox qaçan futbolçunu ayırd etmir. Oxucular üçün maraqlı ola biləcək bir faktı açıqlaya bilərəm. Məsələn, testlərin nəticələrinə görə, futbolçularımızın fiziki göstəriciləri ideal səviyyədədi.
-Deyirlər “Qəbələ” atletik futbola üstünlük verir. Belədir?
- “Qəbələ”nin oyunlarını kənardan izləyənlərə elə gələ bilər ki, biz atletik futbola üstünlük veririk, amma belə deyil. Bizdə matç anında, futbolçuların nə qədər məsafə qət etdiyini, onların orta hesabla saatda neçə kilometr qaçdığını müəyyən edən proqram yoxdu. Odur ki, “Qəbələ”ni başqa komandalarla müqayisə edə bilmirik. Çempionatda 24, kubokda isə 3 matç oynamışıq. Matçların texniki analizi göstərir ki, yalan olmasın, həmin oyunların 20-də 90 dəqiqəni rəqibdən daha yaxşı başa vurmuşuq. Ola bilər, azarkeşlər “Qəbələ”nin bir oyununa görə komandaya qiymət verirlər. Amma biz bir oyunu, ayrı-ayrı epizodları təkrar-təkrar izləyib, analiz edirik. Araşdırmalar göstərir ki, qollarımızın əksəriyyətini oyunun son 15 dəqiqəsində vururuq. Bu, o deməkdi ki, futbolçularımızın fiziki hazırlığı qənaətbəxşdi. Söz yox ki, fiziki hazırlığa həddən artıq yer versək, futbolçular daha sürətli və güclü olar, amma başqa komponentlərdə geriləyərlər.
- Siz 8 il həvəskarlar arasında futbol oynamısınız. Nə üçün peşəkar futbola keçmədiniz?
- Sadəcə, buna imkanım olmadı. 5 il universitetdə təhsil aldım, 3 il də işlədim. Ya özümü yaxşı tərəfdən göstərə bilməmişəm, ya da, sadəcə, məni görən olmayıb. Əslində, bütünlüklə özümü futbola verə bilmədim. Buna görə də 26 yaşımda futbol oynamağı bir kənara qoyub, məşqçiliyə başladım. Artıq 11 ildir məşqçiliklə məşğulam.
-Türkiyədə Hikmət Karaman, Ziya Doğan kimi tanınmış mütəxəssislərlə birgə çalışmısız. Onlardan nə öyrəndiniz, burda Toni Adamsdan nə götürürsüz?
-Hər bir məşqçiylə birgə çalışmalarda nəsə öyrənmişəm. Məşqçiliyə Türkiyədə Hikmət Karamanla başladım, Güvənc Kurtarla, Ziya Doğanla, Azərbaycanda Qurban Qurbanovla birgə işlədim. Bu mütəxəssislərlə çalışmaq mənim üçün təcrübə toplamaq baxımından çox faydalı oldu. Ayrı-ayrılıqda qeyd etməyim doğru olmaz, amma hər bir məşqçidən nələrsə öyrənmişəm. Nələri gördüyümü və götürdüyümü özümə saxlamaq istəyirəm. Hazırda Avropa futbolunun ən tanınmış simalarından olan Toni Adamsın yanındayam. Onun futbolçularla davranışını görürəm, futbol anlayışından bəhrələnirəm.
- Nə vaxtsa baş məşqçi olmaq niyyətiniz varmı?
- Əlbəttə, əsas istəyim də elə budur. Hazırda “A” dərəcəli məşqçiyəm. Yaxın illərdə “Pro” lisenziyasını almaq niyyətindəyəm. İşləyəcəyim komandada yaxşı başlamaq lazımdır ki, davamı da uğurlu olsun. Bunu isə zaman göstərəcək.
Sabiq "Arsenal"lı millinin baş məşqçisi ola bilər
Əlcəzair millisi Petkoviçlə davam edəcək
FİFA prezidenti Misir yığmasına təşəkkür etdi
"Argentinaya qarşı planlarımız var"
Qadın güləşçimizdən tarixi uğur
“Şamaxı” yeni qapıçı transfer etdi
Mundialda penaltilərdə ilk zərbəni vuranlar uduzur
"Mənim keyfiyyətlərimə sahib futbolçu görmürəm"
Klublararası Dünya Çempionatı harada keçiriləcək?
"İnfrastruktur əladır, amma..."
La Liqada hansı matçlar təxirə salınacaq?
Vozinya Messinin komanda yoldaşı ola bilər
DÇ-2026-nın iştirakçısı olan futbolçu dünyasını dəyişdi
Əvəzedicilər Liqasında növbəti mövsüm bu tarixdə başlayacaq
"Karvan-Yevlax"dan getdi
“Azərbaycan çempionatı gözlənilməzdir”
Razılıq əldə olundu, “Real”da qalır
"Atletiko" Danimarka millisinin üzvünü transfer etdi
“Niyə Azərbaycanda da çempion olmayım?" - Vernidub
Fransa millisinə şad xəbər
"Mançester Siti" 17 yaşlı futbolçu transfer etdi
Kurt Zuma BƏƏ klubunda
FİFA milyonlar qazanacaq - Qazon satışından!
20 yaşlı oyunçu dünyasını dəyişdi
Bakıda IBA Çempionlar Gecəsi keçirilib
UEFA-nın yenilənən reytinqi - Klublarımız neçəncidir?
Skaloni: "Fransa - İspaniya oyunu erkən finaldır"
Kabo-Verde millisinin oyunçusundan maraqlı açıqlama
İspaniyanı yarımfinala aparan qələbə - Video
İspaniya - Belçika oyununun ən yaxşısı müəyyənləşdi
Yamal rekorda imza atdı
Yarımfinalın ilk cütü müəyyənləşdi - DÇ-2026