"Trabzonspor"a silahlı hücum

XƏBƏR 7 Aprel 2011 / 11:58 1852
-  A +

Türkiyə Superliqasında liderliyini davam etdirən "Trabzonspor" klubunu şok edən hadisə yaşanıb.

Qol.Az-ın məlumatına görə, klubun həkimi Hakan Ayaz axşam məşqinin ardından evinə qayıdarkən naməlum şəxslərin silahlı hücumuna məruz qalıb. Belə ki, həkim marketdən alış-veriş edərkən kənardan yaxınlaşan avtomobildən ona atəş açılıb. Atəş nəticəsində ayağından yaralanan H.Ayaz xəstəxanaya aparılıb. Hadisədən sonra polis basqın edən şəxslərin axtarışına başlayıb. 

Qeyd edək ki, 2009-cu ildə də həkim avtomobilində silahlı hücuma məruz qalsa da ona heç nə olmamışdı.


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner