Futbolçu sərhəddə 162 kq həşişlə yaxalandı

XƏBƏR 7 Aprel 2011 / 11:32 2326
-  A +

Adı açıqlanmayan litvalı peşəkar futbolçu Almaniya – Hollandiya sərhədində 162 kq həşişlə saxlanılıb.

Qol.Az-ın “Fox Sports”a istinadən verdiyi məlumata görə, qəhvə kisəciklərində qablaşdırılan narkotik maddələrin dəyəri 1,3 milyon avrodur.

O, Almaniyaya keçməyə cəhd edərkən həbs olunub. Ölkə rəsmilərinin sözlərinə görə, bu, son bir ildə Almaniya – Hollandiya sərhədində saxlanılan ən iri narkotik partiyasıdır. Futbolçu Almaniya və İsveçdən keçməklə “mal”ı Rusiyaya keçirmək istəyib. İndi onu 7 ilədək həbs cəzası gözləyir.


Son xəbərlər
30.12.25  16:04

Pedri hazırdır