Çempionlar Liqasının rekordu təkrarlandı

XƏBƏR 7 Aprel 2011 / 10:56 2179
-  A +

İngiltərənin “Mançester Yunayted” klubunun futbolçusu Ueyn Runi Çempionlar Liqasının rekordunu təkrarlayıb.

Qol.Az saytının məlumatına görə, 1/4 final mərhələsinin “Çelsi” ilə ilk oyununda qol sevinci yaşayan hücumçu ardıcıl 5 mövsümdür bu mərhələdə fərqlənir. 1/4 finalların daimi qolçusu bununla da Andrey Şevçenkonun göstəricisini təkrarlayıb. İtaliyanın “Milan” klubunda çıxış etdiyi vaxt ukraynalı 2003-2007-ci illərdə 1/4 finalı qolsuz tərk etmirdi.

Qeyd edək ki, yeni rekord müəyyənləşdirmək üçün Runi növbəti mövsümü gözləməlidir.


Son xəbərlər
30.12.25  16:04

Pedri hazırdır