"Bakı"nın 2 futbolçusu məşqlərdən kənar qaldı

"Bakı"nın 2 futbolçusu məşqlərdən kənar qaldı
XƏBƏR 6 Aprel 2011 / 17:46 1764
-  A +

Son dövrlər "Bakı" klubunun futbolçularını izləyən zədə epidemiyası yenidən baş qaldırıb. Qol.Az-ın məlumatına görə, bu dəfə Fabio Luis Ramim və Ernad Skuliç məşqlərdən kənar qalıblar.

Ernad Skuliç "Xəzər Lənkəran"a qarşı keçirilən son oyunda zədələnib. Baldır əzələsində yaranan yırtıq Skuliçin üç həfdə yaşıl meydanlardan kənarda qalacağı anlamına gəlir. Sağ topuq oynağı burxulan Fabio isə 10-12 gün müddətində müalicə alacaq.

Qeyd edək ki, "Bakı" Premyer Liqanın 26-cı turunda səfərədə AZAL-la qarşılaşacaq.


Son xəbərlər
30.12.25  16:04

Pedri hazırdır