Xalq şairi Sabir Rüstəmxanlı ilə AFFA-nın prezidenti Rövnəq Abdullayevin arasındakı qalmaqal böyüyür. Sabir Rüstəmxanlının futbolçularımızın haqqında “qoyun sürüsü” ifadəsindən sonra R. Abdullayev “Mən onu ziyalı saymıram”-demişdi. Xalq şairi AFFA prezidentinin açıqlamasına cavab verib.
Sabir Rüstəmxanlı “Şərq” qəzetinə müsahibəsində bildirib ki, o bütövlükdə komandanı təhqir etməyib. Belçika ilə oyunda komandanın oyununu bəyənmədiyindən bu ifadəni işlədib. Rövnəq Abdullayevin onu ziyalı hesab etməməsi fikrinə münasibətinə gəlincə isə S. Rüstəmxanlı bu fikrin onu qətiyyən narahat etmədiyini deyib. “Rövnəq bəy deyir ki, mən bu sözü deyəni ziyalı saymıram. Heç Rövnəq bəy məni ziyalı saymasın. Mən qətiyyən ondan incimirəm. Bizi ziyalı saymasınlar, amma komanda oynasın. Azərbaycanın bir ziyalısının azalması ilə ölkəyə heç bir ziyan dəyməz. Amma bütün dünyanı gəzib, Azərbaycanı rüsvay etmək yaxşı hal deyil” .
Sabir Rüstəmxanlı onu da vurğulayıb ki, bir vətəndaş olaraq öz komandasından yaxşı oyun gözləmək onun haqqıdır. Millət vəkili yığma komandanın baş məşqçisi Berti Foktsun işini ATƏT-in Minsk qrupunun fəaliyəti ilə müqayisə edib. “Bu bizim Foqtsdur, kimdir, mən onun çıxışlarını izləyirəm və hər dəfə bir etinasızlığın şahidi oluram. Hər dəfə də çox arxayınçılıqla deyir ki, gələn dəfə yaxşı olacaq. Lakin yaxşılıq hələ də nəzərə çarpmır. Belə olanda mən onun Azərbaycan milli komandasındakı fəaliyyətini təxminən vədəbaz Minsk Qrupunun Qarabağ məsələsi ilə bağlı hər dəfə başımızın altına yastıq qoymasına bənzədirəm”.
"Atletiko" ilə fikir ayrılıqlarını aradan qaldırdıq"
Ronaldo yığmanın düşərgəsini tərk edib?
Şotlandiya - Azərbaycan matçının heyətləri açıqlandı
Hakimlərlə bağlı açıqlaması başına bəla oldu
10 oyunluq cəzalansa da, baş məşqçi onu təriflədi
“Heç kim heyət seçimimə təsir edə bilməz”
Millimizin futbolçusu Lixtenşteynlə oyunu buraxacaq
“Onların itirəcəyi heç nə yoxdur” - Ayxan Abbasov
“Sabah mütləq qalib gəlməliyik” - Emin Mahmudov
O da zədələndi, millidən getdi
Mərc oyunlarının qadağan edilməsinin səbəbini açıqladı
“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirildi
“Real”ın futbolçusu əməliyyat olunacaq
PFL 15 oyunun vaxtını açıqladı
Vüqar Nadirovun unudulmaz qolu - Video
Azərbaycan boksçuları Avropa çempionatına yollandılar
“Mançester Siti” günahsızlığını sübut edəcəyinə əmindir
Futbolçularını Messinin vida oyununa buraxmadılar
Bu federasiyaya yeni prezident seçildi
“Hazırda millinin heyəti elə də güclü deyil” - Mircavadov
Rudolf Speyd “Qarabağ”ın futbolçusu haqda nə dedi?
Şotlandiya - Azərbaycan oyunu bu kanalda
Skalonidən Messi açıqlaması
Türkiyə millisinin heyətindən çıxarıldı
Klub prezidenti qətlə yetirildi
Mikels bu dəfə millidə qol ötürməsi etdi
"Mançester Siti"nin sabiq futbolçusu vəfat etdi
İspaniyanın Xorvatiyaya vurduğu 4 qol - Video
Portuqaliya millisində Ronaldo gərginliyi
Çeferindən İnfantinoya sərt sözlər: “Artıq kifayətdir”
“Sabahın Ulduzları”nda bürünc medalın sahibləri bilindi
Tomas Müllerlə müqavilə uzadıldı
Ronaldo millinin məşqini buraxdı