«Qarabağ»ın ölkə çempionatındakı uğurlu çıxışı məni çox məmnun edir. Komandanın ardıcıl doqquz qələbəsi bu klubun rəhbərliyinin doğru siyasət yürütməsinin, Qurban Qurbanovun rəhbərliyi altında məşqçilər heyətinin öz işinə ciddi və məsuliyyətlə yanaşdığının göstəricisidir. Düzdür, ardıcıl qələbələrdən sonra komandamızın «Neftçi»yə məğlubiyyəti bizi məyus etdi. Amma bir məğlubiyyətlə ruhdan düşməməli və gələcəyə nikbin baxmalıyıq».
Qol.Az-ın müxbiri ilə söhbətində bu sözləri «Qarabağ»ın təsisçilərindən olan Adil Nadirov deyib. O bildirib ki, Qurban Qurbanovun baş məşqçi vəzifəsinə gəlişindən sonra «Qarabağ» tarixindən ən yaxşı uğurlara imza atıb: «Komanda dalbadal iki il Avropa Liqasında uğurlu nəticələr əldə etdi. Hazırda Qurban Qurbanov güclü bir heyət qurub. Təsadüfi deyil ki, millinin son təlim-məşq toplanışına «Qarabağ»dan düz doqquz oyunçu dəvət alıb. Mən əminəm ki, bu komanda Qurban Qurbanovun rəhbərliyi ilə nə vaxtsa nəinki Azərbaycan çempionu olacaq, hətta Avropada da daha böyük uğurlara imza atacaq. Qurbanov vaxti ilə bir futbolçu kimi göstərdiyi gözəl oynuyla futbolsevərlərin rəğbətini qazanıb. İndi isə bir məşqçi kimi Azərbaycan futboluna öz mühürünü vurub. O, Avropada işləməyə layiq məşqçidir».
«Qarabağ»ın son turda «Neftçi» ilə oyunu barədə danışan A.Nadirov hesab edir ki, məğlubiyyətdə ən çox rolu futbolçuların milli komandanın heyətindən yorğun halda geri qayıtması olub. «Üstəlik millinin Belçikadakı çətin oyunu və böyükhesablı məğlubiyyət «Qarabağ»ın yığmadakı oyunçularının psixoloji durumuna təsirini göstərmişdi» - deyə A.Nadirov bildirib.
Sabiq "Arsenal"lı millinin baş məşqçisi ola bilər
Əlcəzair millisi Petkoviçlə davam edəcək
FİFA prezidenti Misir yığmasına təşəkkür etdi
"Argentinaya qarşı planlarımız var"
Qadın güləşçimizdən tarixi uğur
“Şamaxı” yeni qapıçı transfer etdi
Mundialda penaltilərdə ilk zərbəni vuranlar uduzur
"Mənim keyfiyyətlərimə sahib futbolçu görmürəm"
Klublararası Dünya Çempionatı harada keçiriləcək?
"İnfrastruktur əladır, amma..."
La Liqada hansı matçlar təxirə salınacaq?
Vozinya Messinin komanda yoldaşı ola bilər
DÇ-2026-nın iştirakçısı olan futbolçu dünyasını dəyişdi
Əvəzedicilər Liqasında növbəti mövsüm bu tarixdə başlayacaq
"Karvan-Yevlax"dan getdi
“Azərbaycan çempionatı gözlənilməzdir”
Razılıq əldə olundu, “Real”da qalır
"Atletiko" Danimarka millisinin üzvünü transfer etdi
“Niyə Azərbaycanda da çempion olmayım?" - Vernidub
Fransa millisinə şad xəbər
"Mançester Siti" 17 yaşlı futbolçu transfer etdi
Kurt Zuma BƏƏ klubunda
FİFA milyonlar qazanacaq - Qazon satışından!
20 yaşlı oyunçu dünyasını dəyişdi
Bakıda IBA Çempionlar Gecəsi keçirilib
UEFA-nın yenilənən reytinqi - Klublarımız neçəncidir?
Skaloni: "Fransa - İspaniya oyunu erkən finaldır"
Kabo-Verde millisinin oyunçusundan maraqlı açıqlama
İspaniyanı yarımfinala aparan qələbə - Video
İspaniya - Belçika oyununun ən yaxşısı müəyyənləşdi
Yamal rekorda imza atdı
Yarımfinalın ilk cütü müəyyənləşdi - DÇ-2026