Mahir Şükürov yenə "Neftçi"də

XƏBƏR 6 Aprel 2011 / 13:13 2192
-  A +

Rusiyanın "Anji" klubundan uzaqlaşdırılan millimizin futbolçusu Mahir Şükürov "Neftçi"nin düşərgəsində məşq edəcək.

Qol.Az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, yığmamızın futbolçusunun formasını qoruması üçün "Neftçi" PFK-nın rəhbərliyi və baş məşqçisi Mahir Şükürova hazırda komandanın məşqlərində iştirak etmək imkanı yaradıb.

Qeyd edək ki, Mahir Şükürov Avro-2012-nin seçmə mərhələsi çərçivəsində martın 29-da Belçika millisi ilə səfərdəki oyundan əvvəl "Neftçi" komandanın hazırlıqlarına qoşulmuşdu.


Son xəbərlər
30.12.25  16:04

Pedri hazırdır