"Muğan" "Gəncə" ilə oyuna tam heyətlə hazırlaşır

"Muğan" "Gəncə" ilə oyuna tam heyətlə hazırlaşır
XƏBƏR 5 Aprel 2011 / 16:17 1610
-  A +

Premyer Liqasının növbəti turunda "Gəncə" klubu ilə qarşılaşacaq "Muğan" oyunun hazırlıqlarını davam etdirir. Qol.Az-ın məlumatına görə, gündə bir dəfə olmaqla "Şəfa" stadionunda hazırlıq keçən Salyan təmsilçisi qarşıdakı oyunda hücumçu Angel Qutierrezin xidmətindən yararlana bilməyəcək.

Ötən tur MOİK-lə oyunda qırmızı vərəqə alaraq meydandan qovulan futbolçu İntizam Komitəsi tərəfindən bir oyunluq cəzalanıb. Klubun mətbuat xidmətinin rəhbəri Rövşən Abdullayevin verdiyi məlumata görə, digər cəzalı və ya zədəli futbolçusu olmayan "Muğan" "Gəncə" ilə səfər oyununa tam heyətlə hazırlaşır. 

Qeyd edək ki, şənbə günü Gəncəyə yollanacaq komanda həmin gün şəhər stadionunda oyunöncəsi son məşqinə çıxacaq.


Son xəbərlər
30.12.25  16:04

Pedri hazırdır