Milli komandamızın baş məşqçisi Berti Foqtsun bu gün növbəti dəfə jurnalistlərlə görüşdə səsləndirdiyi fikirlər bir sıra suallar ortaya çıxarıb. Xüsusilə Zaur Tağızadəylə bağlı məsələ diqqət çəkir. Almaniyalı mütəxəssis əvvəlcə Zaur Tağızadəni milliyə çağırmadığını deyir. Elədirsə, bəs Zaurun adı Foqtsun özü tərəfindən açıqlanan siyahıya necə düşüb? Sonra Foqts sözünü dəyişərək bildirib ki, Tağızadə “Bakı”ya qarşı forma geysəydi, onu milli komandaya çağıracaqdı.
Ardınca Foqts Zaur Ramazanovu milliyə götürməməsi ilə bağlı sualı cavablandırıb: “Mən bir qola görə oyunçunu komandaya götürmürəm”. Yaxşı, bəs elədirsə, onda nə üçün bir müddətdir zədəsi səbəbindən yaşıl meydandan kənarda qalan Zaur Tağızadə əvvəlcə milliyə cəlb olunur və sonra müəmmalı şəkildə heyətdən çıxarılır?
Alman məşqçi həmçinin bildirib ki, sonuncu turda xüsusən “Bakı” ilə “Qarabağ”ın oyununu bəyənib. Bu yerdə də ortaya başqa bir sual çıxır: niyə «Bakı»nın futbolçuları milliyə dəvət almır? Düzdür, “Bakı”dan Saşa Yunisoğlu ilə Fabio Luis Ramim milliyə komandaya çağırılıb. Lakin sonuncu turda Saşanın adı ümumiyyətlə “18-liy”ə düşməyib, Ramim isə yalnız son 20 dəqiqədə forma geyib. Bir halda ki, Foqtsun özünün dediyi kimi, “Bakı” gözəl oyun sərgiləyirsə, nəyə görə bu komandanın aparıcı futbolçuları - Rafael Əmirbəyov, Cəmşid Məhərrəmov və Elvin Əliyev milliyə dəvət almırlar?
Nəyə görə “Qarabağ”ın heyətində 9 yerli futbolçunun çıxış etməsini qabardan Foqts onlardan yalnız ikisini milliyə çağırır, Emin İmaməliyev, Zaur Ramazanov, Rəşad Sadiqov, Maksim Medvedyev kimi futbolçular isə kənarda qalır?
Göründüyü kimi, Foqtsa veriləsi suallar çoxdur. Amma hələ ki, Rusiya ilə oyunu gözləyək….
SAMİR
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı