“İnter”in müdafiəçisi Valeri Abramidze klubun rəsmi saytına müsahibəsində AZAL ilə oyun barədə danışıb. Qol.Az-ın məlumatına görə, son uğursuzluqların səbəbləri haqqında fikirlərini açıqlayan Abramidze komandaya "Neftçi" ilə qarşıdan gələn matç ərəfəsində toparlanmaq və rəqibə qarşı əsl mübarizə aparmağın vacibliyini ön plana çəkib:
-AZAL ilə oyunda komanda pis təsir bağışlamadı, ancaq yenə də məğlub oldu. Bu qarşılaşma barədə fikirlərini öyrənmək maraqlı olardı.
-Biz pis oynamadıq, təhlükəli vəziyyətlər yaratdıq, lakin yenə də realizasiyada böyük problemlər baş verdi. Artıq neçənci dəfədir ki, şanslarımızdan istifadə edə bilmirik. Ancaq AZAL özünün yeganə şansını realizə etdi. Deyə bilərəm ki, bu, bizi izləyən hansısa məsum bəxtsizlikdir.
-Bu mövsüm “İnter”in realizasiyalarla bağlı böyük problemləri yarandı. Sənin fikrincə, komandanın qol vura bilməməsinin səbəbləri nədən qaynaqlanır?
-Zənnimcə, əsas səbəb bəxtsizlikdə gizlənir. Uğur bizdən üz dondərib. Lakin istənilən halda qarşıda hələ 7 tur var və bizə tez bir zamanda toparlanmaq lazımdır.
-Zədə ilə bağlı yaranmış uzun fasilədən sonra AZAL ilə oyunda ilk dəfə meydana çıxdın...
-Bəli. Türkiyədə keçirdiyimiz son təlim-məşq toplanışında dizimin yan bağlarını dartmışdım. Belə zədənin sağalması tam 6 həftə çəkdi. Şadam ki, hər şey arxada qaldı. Əlbəttə, mənə hələ yaxşı oyun kondisiyalarımı qaytarmaq lazımdır, lakin əsas odur ki, indi səhhətimlə bağlı hər şey qaydasındadır.
-Qarşıda komandanı çempionatın lideri olan “Neftçi” ilə qarşılaşma gözləyir. Görüş haqqında nə düşünürsən?
- Bizə tam toparlanmaq və rəqibə qarşı əsl mübarizə aparmaq lazımdır. Başlıcası odur ki, bu yaxınlarda Birlik Kubokunda nümayiş etdirdiyimiz gücümüzə olan inamımızı və oyunumuzu qaytarmaq lazımdır.
"Atletiko" ilə fikir ayrılıqlarını aradan qaldırdıq"
Ronaldo yığmanın düşərgəsini tərk edib?
Şotlandiya - Azərbaycan matçının heyətləri açıqlandı
Hakimlərlə bağlı açıqlaması başına bəla oldu
10 oyunluq cəzalansa da, baş məşqçi onu təriflədi
“Heç kim heyət seçimimə təsir edə bilməz”
Millimizin futbolçusu Lixtenşteynlə oyunu buraxacaq
“Onların itirəcəyi heç nə yoxdur” - Ayxan Abbasov
“Sabah mütləq qalib gəlməliyik” - Emin Mahmudov
O da zədələndi, millidən getdi
Mərc oyunlarının qadağan edilməsinin səbəbini açıqladı
“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirildi
“Real”ın futbolçusu əməliyyat olunacaq
PFL 15 oyunun vaxtını açıqladı
Vüqar Nadirovun unudulmaz qolu - Video
Azərbaycan boksçuları Avropa çempionatına yollandılar
“Mançester Siti” günahsızlığını sübut edəcəyinə əmindir
Futbolçularını Messinin vida oyununa buraxmadılar
Bu federasiyaya yeni prezident seçildi
“Hazırda millinin heyəti elə də güclü deyil” - Mircavadov
Rudolf Speyd “Qarabağ”ın futbolçusu haqda nə dedi?
Şotlandiya - Azərbaycan oyunu bu kanalda
Skalonidən Messi açıqlaması
Türkiyə millisinin heyətindən çıxarıldı
Klub prezidenti qətlə yetirildi
Mikels bu dəfə millidə qol ötürməsi etdi
"Mançester Siti"nin sabiq futbolçusu vəfat etdi
İspaniyanın Xorvatiyaya vurduğu 4 qol - Video
Portuqaliya millisində Ronaldo gərginliyi
Çeferindən İnfantinoya sərt sözlər: “Artıq kifayətdir”
“Sabahın Ulduzları”nda bürünc medalın sahibləri bilindi
Tomas Müllerlə müqavilə uzadıldı
Ronaldo millinin məşqini buraxdı