Runi cəzalandırıldı

Runi cəzalandırıldı
XƏBƏR 4 Aprel 2011 / 23:48 1732
-  A +

İngiltərə Futbol Assosiasiyası (FA) "Mançester Yunayted" klubunun hücumçusu Ueyn Runini cəzalandırıb. Qol.Az-ın məlumatına görə, Runi ötən şənbə Premyer Liqada "Vest Hem"lə görüş vaxtı telekameraya senzuradan kənar ifadə işlədib.

O, apellyasiya verməsə, aprelin 9-da "Fulhem"lə növbəti çempionat matçını və aprelin 16-da Mançester Siti" ilə İngiltərə kubokunun yarımfinal mərhələsinin cavab görüşünü buraxmalı olacaq. Runi söyüşə görə üzr istəsə də, ittihamlara cavab verməsi üçün ona aprelin 5-də yerli vaxtla saat 18:00-dək vaxt verilib.  

Qeyd edək ki, "Vest Hem"lə oyunda "Mançester Yunayted" qələbə qazanıb - 4:2. Qarşılaşmada Ueyn Runi "het-trik" edib.  

Son xəbərlər
30.12.25  16:04

Pedri hazırdır