Ramiz Məmmədovun komandası autsayderlə bacarmadı

Ramiz Məmmədovun komandası autsayderlə bacarmadı
XƏBƏR 4 Aprel 2011 / 18:11 1665
-  A +

Bu gün Qazaxıstan Superliqasında 5-ci turun oyunlarına start verilib. Qol.Az-ın məlumatına görə, həmyerlimiz Ramiz Məmmədovun rəhbərlik etdiyi "Atırau" klubu bu dəfə də xal itkisi ilə üzləşib.

Səfərdə "Kaysar"la qarşılaşan Məmmədovun komandası rəqibinə 0:1 hesabı ilə məğlub olub. Son turda öz meydanında vacib xallar itirən "Atırau" autsayderlə oyunda 3 xal qazanmaq niyyətində idi. Lakin onların bu istəyi baş tutmayıb.

Qeyd edək ki, "Atırau" 4 turdan sonra 5 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.


4 aprel

"Kaysar" - "Atırau" - 1:0
Qol:
Maksim, 75 (1:0)


Son xəbərlər
30.12.25  16:04

Pedri hazırdır