"Real" və "Mançester Yunayted"in məşqçisi İranda

"Real" və "Mançester Yunayted"in məşqçisi İranda
XƏBƏR 4 Aprel 2011 / 15:24 1982
-  A +

"Real" (Madrid) və "Mançester Yunayted" klublarının sabiq məşqçisi olan Karlos Keyruşun İran milli komandası ilə anlaşacağı gözlənilir. Qol.Az-ın məlumatına görə, portuqaliyalı mütəxəsis İran yığması ilə müqavilə imzalamağa çox yaxındır.

Artıq son danışıqlar üçün bu səhər Tehrana yola düşən Keyruş hava limanında onu qarşılayan jurnalistlərə açıqlamasında "hədəfim İranı 2014-cü ildə Braziliyada keçiriləcək dünya çempionatına daşımaqdır" - deyə bildirib.

Qeyd edək ki, Keyruşun bu gün günortadan sonra İran yığması ilə müqavilə imzalaycağı gözlənilir.


Son xəbərlər
30.12.25  16:04

Pedri hazırdır