“Ölkə çempionatında son turun matçlarını izləyərkən əsasən “Bakı” ilə “Qarabağ”ın oyunlarını bəyəndim. Xüsusən də ikincilərin heyətində 9 azərbaycanlı futbolçunun çıxış etməsi mənə çox xoş gəldi”. Qol.Az-ın məlumatına görə, bu sözləri jurnalistlərə milli komandamızın baş məşqçisi Berti Foqts söyləyib. Almaniyalı mütəxəssis Zaur Tağızadənin Almaniyada keçiriləcək təlim-məşq toplanışında iştirak etməyəcəyini də bildirib: “Tağızadə “Bakı”ya qarşı forma geysəydi, onu milliyə götürəcəkdim. Amma indiki halda o millidən kənar qalacaq. Eyni sözləri Elvin Məmmədovla Cavid Hüseynova da aid etmək istərdim. Onlara problemlərinin nədən ibarət olduğunu demişəm”.
Almaniyalı mütəxəssis qarşıdakı Rusiya ilə oyun haqda da danışıb: “Orada bizi çox çətin oyun gözləyir. Rusiya millisi çox güclü rəqibdir. Bununla belə futbolda hər şey mümkündür. Oradan uğurlu nəticə ilə qayıtmalıyıq”.
“Sabah”a uduzduqdan sonra komandasını tənqid etdi
“Qarabağ” “Sabah”ı təbrik etdi
Bravo, “Sabah”!
Azərbaycan millisi “Antalyaspor”a qalib gəldi
"Qalatasaray" - "Barselona" matçının heyətləri açıqlandı
Kahim Perris Azərbaycan futbol tarixinə düşdü
Premyer Liqa klubları zərərlə işləyir
"Bu söhbətlərdən yorulmuşam"
“Real” La Liqanın oyun təqvimindən narazı qaldı
Azarkeşlər son anda qadağa ilə üzləşdi
"Sabah" - "Slaviya" matçının heyətləri açıqlandı
Danimarkanın tanınmış klubu satıla bilər
“Fənərbaxça” ilə oyun öncəsi “Aston Villa”da itkilər