Qara Qarayev: "Milliyə dəvət almağım gözlənilməz oldu"

Qara Qarayev: "Milliyə dəvət almağım gözlənilməz oldu"
XƏBƏR 4 Aprel 2011 / 14:23 1829
-  A +

Ağdamın "Qarabağ" klubunun gənc müdafiəçisi Qara Qarayev ilk dəfə əsas millinin düşərgəsinə dəvət alıb. Qol.Az-ın məlumatına görə, 19 yaşlı müdafiəçi yığmaya dəvət alması haqda klubun rəsmi saytına təəssüratlarını bölüşüb: 

"Millidə çıxış etmək hər bir futbolçu üçün şərəfdir. Düzdü, dəvət mənim üçün bir qədər gözlənilməz oldu. Düzdü, toplanış sadəcə hazırlıq xarakteri daşıyır. Amma "Qarabağ"dan  başqa komanda yoldaşlarımın olduğu üçün özümü yad hiss etməyəcəyəm. Təbii ki, ən böyük arzum gələcəkdə millidə daim çıxış etməkdir".


Son xəbərlər
30.12.25  16:04

Pedri hazırdır