Bir xal yetər…

XƏBƏR 4 Aprel 2011 / 11:58 1978
-  A +

Aprelin 3-də “Şəfa” stadionunda birinci divizionun lideri “Abşeron”  Premyer Liqaya çıxmağa iddialı sayılan “Neftçi” İSM kollektivini 2:0 hesabı ilə məğlub edərək  Azərbaycan futbolunun elitasına yolunu bir addım da, yaxınlaşdırdı.

Qol.Az-ın məlumatına görə, indi “Abşeron”u Unibank Premyer Liqasından cəmi 1 xal ayırır. Komanda artıq növbəti turda güclülər liqasına çıxışını bayram edə bilər.

Hazırda “Abşeron” 20 oyundan sonra 56 xalla 1-ci divizionda liderliyini davam etdirir. 

«Abşeron» növbəti oyununu aprelin 10-da «Şuşa» klubuna qarşı keçirəcək.


Son xəbərlər
30.12.25  16:04

Pedri hazırdır