"Kim getmirsə Ağdama, gözlərinə qan dama!" (FOTO)

"Kim getmirsə Ağdama, gözlərinə qan dama!" (FOTO)
XƏBƏR 4 Aprel 2011 / 11:37 2437
-  A +

"Qarabağ"lı azarkeşlər Quzanlıya getmək istəməyən klublara kəskin etiraz ediblər. Qol.Az-ın məlumatına görə, dünən Respublika stadionunda "Neftçi" ilə oyunda  "İmarət" fan klubunun üzvləri "Kim getmirsə Ağdama, gözlərinə qan dama!" şüarından istifadə ediblər.

Xatırladaq ki, "Qarabağ" Premyer Liqanın final mərhələsinin ev oyunlarını Ağdamın Quzanlı qəsəbəsi stadionunda keçirmək istəsə də, rəqiblərinin əksəriyyəti buna müsbət cavab verməyib. "Bakı" rəsmən razılıq versə də, "İnter" və "Xəzər Lənkəran" PFL-in qərarını gözləyir. "Neftçi" isə bu məsələyə şifahi olaraq müsbət yanaşıb.


Son xəbərlər
30.12.25  16:04

Pedri hazırdır