"Neftçi" fanatlarından "Qarabağ"a dəstək", "Xəzər Lənkəran"a acıq

XƏBƏR 3 Aprel 2011 / 23:37 2552
-  A +

Bu gün keçirilən "Neftçi" - "Qarabağ" matçında azarkeşlərin ifasında maraqlı anlar yaşanıb. Qol.Az-ın məlumatına görə, "Neftçi" fanatları oyunun əvvəlindən sonunadək "Xəzər Lənkəran" əleyhinə şüarlar səsləndiriblər.

Onları "Fırtına" fan-klubu üzvlərindən bir neçəsinin tribunalarda olması daha da qızışdırıb. Əvəzində flaqman tərəfdarları matçın sonlarına doğru "Qarabağ"a dəstək veriblər. Onlar "Qarabağ bizimdir, bizim olacaq", "Qarabağ" - "Qarabağ" deyə səsləniblər. "Qarabağ" azarkeşləri isə onlara alqışlarla cavab verib.

Qeyd edək ki, görüş "Neftçi"nin qələbəsi ilə başa çatıb - 2:0.

Son xəbərlər
30.12.25  16:04

Pedri hazırdır