Rail Məlikov: "Xəzər Lənkəran"la 6 xallıq fərq heç də az deyil"

Rail Məlikov: "Xəzər Lənkəran"la 6 xallıq fərq heç də az deyil"
XƏBƏR 3 Aprel 2011 / 23:17 1832
-  A +

"Görüşdən öncə, çox insan belə bir fikir söyləyirdi ki "Neftçi" - "Qarabağ" qarşılaşması çempionluğun taleyini 50 faiz həll edən matçdır. Həqiqətəndə bu gün meydanda azarkeşlər əsl futbol oyununun şahidi oldular. Yüksək əzmkarlıq nümayiş etdirərək, 3 xal qazandıq". Qol.Az-ın məlumatına görə, bunu "Neftçi"nin kapitanı Rail Məlikov klubun rəsmi saytına deyib.

Məlikov artıq ən yaxın izləyiciləri "Xəzər Lənkəran"ı 6 xal qabaqladıqlarını xatırladıb. Onun fikrincə, Unibank Premyer Liqasının final mərhələsində bu fərq heç də az deyil. Lakin kapitan bildirib ki, "Neftçi" hər görüşdə bütün gücünü ortaya qoyaraq, qələbə qazanmalıdır. 

Daha sonra Məlikov AFFA-nın prezidenti Rövnəq Abdullayevi ad günü münasibətilə təbrik edib: "Bu gün Respublika stadionunda əsl futbol atmosferi vardı. Son vaxtlar AFFA rəhbərliyi, şəxsən təşkilatın prezidenti Rövnəq Abdullayev tərəfindən ölkə futbolunun  inkişafına yüksək diqqət və qayğı göstərilir. Bu gün Rövnəq müəllimin ad günüdür. Mən həm milli komandanın oyunçusu, həm də "Neftçi" klubunun kapitanı olaraq bütün futbolçular adından AFFA prezidentini təbrik edirəm və Rövnəq müəllimə futbolumuzun inkişafı yolunda daha böyük uğurlar arzulayıram". 

Son xəbərlər
30.12.25  16:04

Pedri hazırdır