Naci Şensoy: "Daha rahat oynayırdıq"

Naci Şensoy: "Daha rahat oynayırdıq"
XƏBƏR 3 Aprel 2011 / 22:44 1744
-  A +

"Oyunçularımın hamısını təbrik edirəm, bu gün çox yaxşı oynadılar". Qol.Az-ın məlumatına görə, bunu "Turan"ın baş məşqçisi Naci Şensoy "Simurq" üzərində əldə etdikləri 1:0 hesablı səfər qələbəsindən sonra deyib. 

Onun fikrincə, əsas məsələ sonadək mübarizə aparmaq idi: "Futbolçularım rəqibə çox az qol imkanı verdilər. Bu gün psixoloji üstünlük biz tərəfdə idi, daha rahat oynayırdıq. Məğlub olsaydıq belə, "Simurq"la xal fərqini qoruyacaqdıq".

Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner