"Xəzər-Lənkəran"da ciddi itki

XƏBƏR 23 Fevral 2009 / 18:25 2590
-  A +

“Turan”la oyunu buraxmalı olan Kamran Ağayev iki gün sonra Azərbaycan kubokunun 1/4 finalı çərçivəsində keçiriləcək “Xəzər Lənkəran” – “Bakı” qarşıdurmasının ilk oyununda da iştirak edə bilməyəcək. Tovuzda belində ağrılar hiss edən gənc qolkiperin müayinəsindən sonra məlum olub ki, onun sağlıq durumunu təhlükə altına qoymamaq üçün futbolçuya təxminən 1-2 həftə dincəlmək, fiziki yükləmələrdən qorunmaq lazımdır.
Beləliklə, mühüm oyundan öncə XL daha bir itki verib – Rəşad Abdullayevlə Nadir Bençenanın ardından milli komandanın da əsas fiqurlarından olan Kamran oynamaq imkanını itirib.

Son xəbərlər