Qurban Qurbanov: "Gözləmədiyimiz səhvlərdən 2 qol buraxdıq"

XƏBƏR 3 Aprel 2011 / 18:39 2290
-  A +

"Oyun haqda çox danışmağa gərək yoxdur. Bu oyunda "Neftçi" yaxşı çıxış etdi, həm də gözləmədiyimiz səhvlərdən 2 qol buraxdıq". Qol.Az-ın məlumatına görə, bunu "Neftçi"yə 0:2 hesablı məğlubiyyəti şərh edən "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.

Onun fikrincə, futbolçularının müəyyən qədər stresli olması Ağdam komandasının oyununa təsirsiz ötüşməyib. O, AZAL-la əvvəlki görüşdən fərqli olaraq, Maksim Medvedevin start heyətində yer almasının mənfi təsiri ilə nəticəyə mənfi təsiri ilə razılaşmayıb: "Mən hamıya şans vermək istəyirəm. Hər şey qaydasındadır. Bundan sonra "Xəzər Lənkəran"la növbəti oyunumuzu düşünəcəyik".  

Son xəbərlər
30.12.25  16:04

Pedri hazırdır