Bu yaxınlarda Bakıda olan “Qalatasaray”ın və Türkiyə millisinin sabiq kapitanı Bülent Korkmaz “Elektron haber” agentliyinə Azərbaycan səfərinin təəssüratlarını bölüşüb. Qol.Az-ın məlumatına görə, Azərbaycanda keçirdiyi mətbuat konfransında olduğu kimi, türkiyəli həmkarlarımızla söhbətində də Korkmaz ölkəmiz haqqında xöş sözlər söyləyib: “7 il əvvəlki ilə müqayisədə Bakı çox dəyişib. Yeni-yeni hündür binalar və yollar tikilib. Azərbaycanın paytaxtı modern bir Avropa şəhərinə bənzəyir”.
Azərbaycan futbolu ilə bağlı da fikirlərini bildirən Bülent ölkəmizdə qalmağın tərəfdarı olduğunu söyləyib: “Bu ölkədə futbola da böyük sərmayə yatırılır. Qarşıya ciddi hədəflər qoyulub. Azərbaycanda qalıb işləmək istərdim. Açığı, iddialı və hədəfi olan klubdan təklif alsaydım, Azərbaycanda qalmağa qərar verəcəkdim”.
“Sabah”a uduzduqdan sonra komandasını tənqid etdi
“Qarabağ” “Sabah”ı təbrik etdi
Bravo, “Sabah”!
Azərbaycan millisi “Antalyaspor”a qalib gəldi
"Qalatasaray" - "Barselona" matçının heyətləri açıqlandı
Kahim Perris Azərbaycan futbol tarixinə düşdü
Premyer Liqa klubları zərərlə işləyir
"Bu söhbətlərdən yorulmuşam"
“Real” La Liqanın oyun təqvimindən narazı qaldı
Azarkeşlər son anda qadağa ilə üzləşdi
"Sabah" - "Slaviya" matçının heyətləri açıqlandı
Danimarkanın tanınmış klubu satıla bilər
“Fənərbaxça” ilə oyun öncəsi “Aston Villa”da itkilər