Parlamentdə futbolla bağlı cəzalar bəyənildi

Parlamentdə futbolla bağlı cəzalar bəyənildi
XƏBƏR 1 Aprel 2011 / 17:35 1996
-  A +

Türkiyə parlamenti futbol matçları və digər idman yarışlarında xuliqanlıqla mübarizəyə yönəlmiş qanunu bəyənib. Qol.Az-ın məlumatına görə, indi stadionlarda irqçi çıxışlar və ləyaqətsiz ifadələr üçün 2 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Tribunaya silah, kəsici alətlər keçirmək, habelə fişənglərdən istifadənin cəzası 1 ilədək həbs olacaq. Bundan sonra yarışlara biletlər elektron olacaqlar. Onları isə şəxsi dövlət identifikasiya nömrəsi ilə əldə etmək mümkündür. Bu isə qayda pozucularının axtarışı və cəzasını yüngülləşdirməyə kömək edəcək.

Danışılmış oyunlar keçirmək, rəqib futbolçuları və ya komandaları satın almağın maksimum cəzası 12 ilədək azadlıqdan məhrum etmə olacaq.


Son xəbərlər
30.12.25  16:04

Pedri hazırdır