«Neftçi» klubu bazar günü Premyer Liqada qarşılaşacaqları «Qarabağ»ın azarkeşlərinə Tofiq Bəhramov adına Respublika stadionunda 22 və 23-cü sektoru ayırmasından sonra yaranan narazılıqlara münasibət bildirib.
Klubun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Elnur Əşrəfoğlu Qol.Az-a bu addımı «Qarabağ»a və onun azarkeşlərinə psixoloji basqı kimi təqdim olunmasını qəbul etmədiklərini söyləyib: «Dünya praktikasında da belədir ki, meydan sahibi rolunda çıxış edən klub qonaq komandanın azarkeşlərinə istənilən sektoru ayıra bilər. Meydan sahibi kimi, «Neftçi» hansı sektoru tövsiyə edirsə, qonaq azarkeşlər orada da yerləşdiriləcək. Bu yaxınlarda «Xəzər Lənkəran»la çempionat və kubok oyunlarında da həmin komandanın azarkeşləri 22 və 23-cü sektorda yerləşdirilmişdilər. «Bakı» klubu «Neftçi»ni qəbul edəndə isə bizim azarkeşlər üçün 1-2-ci sektorda yer ayırmışdılar. Amma azarkeşlərimiz ruhdan düşməyib bizi sonadək dəstəklədilər. «Bakı»nın bu addımını psixoloji təzyiq kimi qəbul eləmədik. Odur ki, «Neftçi»nin belə bir qərar verməsi «Qarabağ»a hörmətsizlik kimi qəbul olunmamalıdır».
E.Əşrəfoğlu qaydalara uyğun olaraq «Qarabağ» rəsmilərinə VİP lojada yer ayrılacağını da deyib.
«Oyuna giriş isə pulsuz olacaq. Bu mənada, həm «Neftçi», həm də «Qarabağ» azarkeşləri stadiona gəlməklə komandalarına dəstək verə bilərlər» - deyə E.Əşrəfoğlu bildirib.
"Atletiko" ilə fikir ayrılıqlarını aradan qaldırdıq"
Ronaldo yığmanın düşərgəsini tərk edib?
Şotlandiya - Azərbaycan matçının heyətləri açıqlandı
Hakimlərlə bağlı açıqlaması başına bəla oldu
10 oyunluq cəzalansa da, baş məşqçi onu təriflədi
“Heç kim heyət seçimimə təsir edə bilməz”
Millimizin futbolçusu Lixtenşteynlə oyunu buraxacaq
“Onların itirəcəyi heç nə yoxdur” - Ayxan Abbasov
“Sabah mütləq qalib gəlməliyik” - Emin Mahmudov
O da zədələndi, millidən getdi
Mərc oyunlarının qadağan edilməsinin səbəbini açıqladı
“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirildi
“Real”ın futbolçusu əməliyyat olunacaq
PFL 15 oyunun vaxtını açıqladı
Vüqar Nadirovun unudulmaz qolu - Video
Azərbaycan boksçuları Avropa çempionatına yollandılar
“Mançester Siti” günahsızlığını sübut edəcəyinə əmindir
Futbolçularını Messinin vida oyununa buraxmadılar
Bu federasiyaya yeni prezident seçildi
“Hazırda millinin heyəti elə də güclü deyil” - Mircavadov
Rudolf Speyd “Qarabağ”ın futbolçusu haqda nə dedi?
Şotlandiya - Azərbaycan oyunu bu kanalda
Skalonidən Messi açıqlaması
Türkiyə millisinin heyətindən çıxarıldı
Klub prezidenti qətlə yetirildi
Mikels bu dəfə millidə qol ötürməsi etdi
"Mançester Siti"nin sabiq futbolçusu vəfat etdi
İspaniyanın Xorvatiyaya vurduğu 4 qol - Video
Portuqaliya millisində Ronaldo gərginliyi
Çeferindən İnfantinoya sərt sözlər: “Artıq kifayətdir”
“Sabahın Ulduzları”nda bürünc medalın sahibləri bilindi