21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Bernhard Lippertin müsahibəsi
- İspaniyada keçirilən təlim-məşq toplanışı barədə məlumat verməyinizi istərdik…
- Başlanğıc çox yaxşı idi. Sözsüz, oyun qrafiki ilə əlaqədar olaraq çox məşq keçə bilmədik. Hazırlığın məqsədi komandaya yeni oyunçular qazandırmaq idi. Eyni zamanda, gələcəkdə milli komandaya xeyir verə biləcək futbolçuları da müəyyənləşdirmək istəyirdik.
Bir həftə ərzində 3 oyun keçirmək bizim uşaqlar üçün böyük yüklənmə idi. Bütün bunların fonunda səhvlərimizin qaynağını təsbit etdik. Futbolçuların hazırlıq səviyyəsini əyani şəkildə gördük.
- Üç yoldaşlıq oyunu keçirdiniz. Onlardan ikisində qələbə qazansanız da, Rusiya yığmasına böyük hesabla nəğlub oldunuz. Ardıcıl qələbələrdən sonra bu cür məğlubiyyətin səbəbi nə idi?
- Rusiya yığması ilə oyundan əvvəl uşaqların əvvəlki kimi gümrah olmadığını gördüm. Futbolçularda yorğunluq var idi. Bütün komponentlərdə rəqibdən geri qalırdıq. Fiziki, texniki, topla davranış, mövqelərdə spesifik şəkildə oynamaq baxımından onlarla bacarmadıq. Bunun bir neçə izahı var.
Heyətimizdə yer alan 22 futbolçunun statistikasını aparmışdıq. Məlum oldu ki, bu 22 futbolçu son 3 ayda Premyer Liqada hamısı bir yerdə cəmi 26 görüşdə meydana çıxıb. Bu onların hansı səviyyədə oyun təcrübəsinə malik olduğunu göstərir.
Yəni həmin oyunçular yüksək səviyyədə nəsə etməyə vərdiş etməyiblər. Üçüncü səbəb isə bu gün U-21-də oynamalı olan 1990-cı və 1991-ci il təvəllüdlü uşaqlar yox dərəcəsindədir. Məcburuq ki, daha kiçik təvəllüdlü oyunçuları heyətə cəlb edək.
Ortalama götürsək, ruslardan 1 yaş cavan idik. Həm də əlimizdə kifayət qədər istedadlı futbolçu yoxdur ki, komandada rəqabəti artıraq. Bunlar əsas səbəblərdir. Amma istənilən halda bu nəticəyə görə futbol ictimaiyyətindən üzr istəyirəm. Oyundan əvvəl uşaqlara demişdik ki, hər kəs öz ləyaqətinə görə çıxıb oynamalıdır. Ancaq ölkəni təmsil etmək üçün bu da yetərli olmadı.
- Seçmə oyunlardakı rəqiblərimiz heç də zəif komandalar deyil. Üstəlik, ardıcıl iki səfər oyunu olacaq. Yol yorğunluğu nəzərə alınmalıdır. Bütün bu olanların fonunda nə düşünürsünüz, hansı addımlar atacaqsınız?
- Səhvlərimiz üzərində işləyəcəyik. Hansı nəticədən asılı olmayaraq, təsbit etdiyimiz səhvləri aradan qaldırmaq üçün məşqlər edəcəyik. Rəsmi oyunlar zamanı yol yorğunluğundan qaçmaq üçün komandanı 10 gün əvvəl Avropada təlim-məşq toplanışına aparacağıq.
Çalışacağıq ki, qarşıdakı vaxt ərzində seleksiya işlərini gücləndirək. Avropa ölkələrində çıxış edən Azərbaycan əsilli futbolçuların tapılıb komandaya cəlb edilməsinə çalışacağıq.
- Cari ildə artıq ikinci təlim-məşq toplanışını keçirdiniz. Birinci ilə müqayisədə hansı dəyişikliyi sezdiniz?
- İlk iki oyunda müsbət dəyişikliyin olduğunu düşünürdüm. Ancaq Rusiya ilə qarşılaşmadan sonra yenidən geriyə qayıtdıq.
- Növbəti toplanış nə vaxt keçiriləcək?
- Aprelın 18-də futbolçuların fiziki durumunu yoxlamaq üçün laktak testi götürəcəyik. Ardınca isə Bakıda qısamüddətli toplanış olacaq. Mayda da burada bir araya gələcəyik. Təlim-məşq toplanışının sonunda Moldova U-21-i ilə yoldaşlıq oyunu keçirəcəyik.
"Atletiko" ilə fikir ayrılıqlarını aradan qaldırdıq"
Ronaldo yığmanın düşərgəsini tərk edib?
Şotlandiya - Azərbaycan matçının heyətləri açıqlandı
Hakimlərlə bağlı açıqlaması başına bəla oldu
10 oyunluq cəzalansa da, baş məşqçi onu təriflədi
“Heç kim heyət seçimimə təsir edə bilməz”
Millimizin futbolçusu Lixtenşteynlə oyunu buraxacaq
“Onların itirəcəyi heç nə yoxdur” - Ayxan Abbasov
“Sabah mütləq qalib gəlməliyik” - Emin Mahmudov
O da zədələndi, millidən getdi
Mərc oyunlarının qadağan edilməsinin səbəbini açıqladı
“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirildi
“Real”ın futbolçusu əməliyyat olunacaq
PFL 15 oyunun vaxtını açıqladı
Vüqar Nadirovun unudulmaz qolu - Video
Azərbaycan boksçuları Avropa çempionatına yollandılar
“Mançester Siti” günahsızlığını sübut edəcəyinə əmindir
Futbolçularını Messinin vida oyununa buraxmadılar
Bu federasiyaya yeni prezident seçildi
“Hazırda millinin heyəti elə də güclü deyil” - Mircavadov
Rudolf Speyd “Qarabağ”ın futbolçusu haqda nə dedi?
Şotlandiya - Azərbaycan oyunu bu kanalda
Skalonidən Messi açıqlaması
Türkiyə millisinin heyətindən çıxarıldı
Klub prezidenti qətlə yetirildi
Mikels bu dəfə millidə qol ötürməsi etdi
"Mançester Siti"nin sabiq futbolçusu vəfat etdi
İspaniyanın Xorvatiyaya vurduğu 4 qol - Video
Portuqaliya millisində Ronaldo gərginliyi
Çeferindən İnfantinoya sərt sözlər: “Artıq kifayətdir”
“Sabahın Ulduzları”nda bürünc medalın sahibləri bilindi