“Bavariya”nın futbolçusu millimizlə oyunda sıradan çıxdı

XƏBƏR 1 Aprel 2011 / 15:01 1737
-  A +

Almaniyanın “Bavariya” klubunun və Belçika milli komandasının futbolçusu Daniel van Büyten zədələnib.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, təcrübəli müdafiəçi 2 həftəyədək sıradan çıxıb.

Van Büyten Azərbaycan yığması ilə 2012-ci il Avropa çempionatının seçmə qrup matçında əzələsindən xəsarət alıb. O, 80-ci dəqiqədə yerini Yelle van Damma verməli olub.

Qeyd edək ki, martın 29-da keçirilmiş matçda Belçika Azərbaycanı 4:1 hesabı ilə məğlub edib.


Son xəbərlər
30.12.25  16:04

Pedri hazırdır