Türkiyə - Gürcüstan oyununun ən yaxşısı açıqlandı

Türkiyə - Gürcüstan oyununun ən yaxşısı açıqlandı
AVRO-2024 19 İyun 2024 / 00:00 2831
-  A +

UEFA Avro-2024-ün qrup mərhələsinin 1-ci turunda keçirilən Türkiyə - Gürcüstan matçının ən yaxşı futbolçusunu açıqlayıb.

QOL.az xəbər verir ki, bu, Türkiyə millisinin üzvü Arda Güler olub. 19 yaşlı yarımmüdafiəçi sözügedən görüşdə baxımlı qola imza atıb. 

Onun komandası rəqibini 3:1 hesabı ilə məğlub edib.

Qeyd edək ki, Arda Güler sözügedən matçda fərqlənməklə Kriştiano Ronaldonun rekordunu qırıb. ​​O, Avropa çempionatları tarixində debüt oyununda qol vuran ən gənc futbolçu olub (19 yaş 114 gün). 

Daha çox


Son xəbərlər
27.09.24  23:18

U-17 millimiz uduzdu

27.09.24  15:09

UEFA-dan cəza