Bu həftə «Qarabağ» Premyer Liqada «Neftçi»ylə mühüm oyun keçirəcək. Qol.Az matç ərəfəsində «Qarabağ» klubunun mətbuat xidmətinin hazırladığı statistik göstəricələri təqdim edir:
«Premyer Liqa kiçik fasilədən sonra yenidən start götürür. Azərbaycan derbisində «Qarabağ» «Neftçi»nin qonağı olacaq. Şübhəsiz, bütün çempionatların iştirakçılarının dueti hər zaman maraq doğurub. 19 illik dönəmdə 54 dəfə qarşılaşan rəqiblər dueli daim gəriginliyi ilə seçilib. Amma son illərdə komandamızın rəqib önündə üstünlüyü diqqət çəkir. Düzdü, sonuncu oyunda «Neftçi»yə uduzmaqla 11 oyunluq məğlubiyyətsizlik seriyamız dayandırılıb.
Premyer Liqanın final mərhələsinin 3-cü turu bu dəfə də əsl derbiyə şahidlik edəcək. Hər halda çempionatda ilk 2 pillədə qərarlaşan komandalar qarşılaşacaq. Çempionatda hərəyə 11 qələbə qazanan tərəflərin duelində bütün maraqlı statistikaları diqqətinizə çatdırırıq.
«Neftçi» - «Qarabağ» duelləri ilə bağlı maraqlı faktlar
- İndiyə kimi tərəflər arasında 54 oyun keçirilib
- 54 oyunun 42-si çempionatda, 12-si isə kubokda baş tutub
- Çempionatda tərəflər hərəyə 11 qələbə qazanıb. 2000-2001 mövsümündə «Neftçi»yə 3:0-lıq texniki qələbə verilib
- Kubokda 5 dəfə qələbə qazansaq da, rəqib 3 dəfə qələbəyə sevinib.
- 54 oyunda «Neftçi» 48, «Qarabağ» isə 39 qol vurub
- «Qarabağ» «Neftçi»yə səfərdə 5 il, başqa sözlə 1873 gündür məğlub olmur.
- Sonuncu dəfə «Qarabağ» səfərdə «ağ-qara»lara 2006-cı ilin fevralın 16-sında məğlub olub - 0:2.
- Noyabrın 28-də «Neftçi»nin ev arenası sayılan Tofiq Bəhramov adına respublika stadionunda məğlub olsaq da, həmin oyunda formal ev sahibi «Qarabağ» idi.
- Həmin oyuna qədər (sonuncu) komandamız əzəli rəqibinə qarşı 11 oyun məğlub olmurdu.
- «Qarabağ» - «Neftçi» duellərində ən çox qol vuran futbolçu Müşfiq Hüseynovdur (8).
- «Neftçi»nin heyətində «Qarabağ»a ən çox qol vurmuş Qurban Qurbanovdur (5).
- Hazırda «Qarabağ»ın baş məşqçisi Qurban Qurbanov, köməkçisi Müşfiq Hüseynovdur.
- Nazim Əliyev, Georgi Adamiya, Tərlan Əhmədov, Vidadi Rzayev hər 2 komandanın heyətində fərqlənən futbolçulardır
- Səttar Əliyev «Neftçi»yə qol vurmaqla yanaşı bir oyunda avtoqola da imza atıb.
- Duellər tarixində 2-ci avtoqolu isə Elxan Müslümov vurub («Qarabağ»).
- Duellər ərzində tərəflər hərəyə 2 dəfə («Qarabağ» - Mehman Alışanov, Emin Salmanov. «Neftçi» - Qurban Qurbanov, Yunis Hüseynov) penaltidən qola seviniblər.
- «Neftçi»yə sonuncu məğlubiyyətə qədər «ağ-qara»lılar «Qarabağ»ı yendiyi zaman (27 aprel 2007, 0:2) baş məşqçisi Qurban Qurbanov olub. Qollardan birinə isə hazırda «Qarabağ»ın şərəfini qoruyan Adamiya imza atıb.
- Tərəflər arasında mücadilə ən çox 2003-04 mövsümündə azarkeş toplayıb (15500).
- «Qarabağ» - «Neftçi» arasında vərəqəsiz çempionat olmayıb.
- İndiyə kimi derbidə 9 qırmızı vərəqə göstərilib
- Aslan Kərimov 2 dəfə meydanı vaxtından əvvəl tərk etməklə liderdir.
- Qırmızı vərəqə alanlardan Arif Əsədov «Neftçi»nin baş məşqçisi, Elçin Rəhmanov isə «Qarabağ»ın məşqçisidir.
- «Qarabağ»`ın çalışdırıcısı Qurban Qurbanov «Qarabağ»a, «Neftçi»dən həmkarı Arif Əsədov isə «Qarabağ»lıykən «Neftçi»yə qol vurub.
- Hazırda 10 futbolçu hər 2 komandanın heyətində çızış edir.
- Tərəflər ən çox Respublika stadionunda qarşılaşıblar - 26 dəfə.
- İndiyə kimi tərəflər 5 şəhər, 4 qəsəbə, 11 stadionda üz-üzə gəliblər.
- Derbini ən çox Xaqani Məmmədov (11), Vüsal Əliyev və Rövşən Əhmədov idarə ediblər (7)".
"Atletiko" ilə fikir ayrılıqlarını aradan qaldırdıq"
Ronaldo yığmanın düşərgəsini tərk edib?
Şotlandiya - Azərbaycan matçının heyətləri açıqlandı
Hakimlərlə bağlı açıqlaması başına bəla oldu
10 oyunluq cəzalansa da, baş məşqçi onu təriflədi
“Heç kim heyət seçimimə təsir edə bilməz”
Millimizin futbolçusu Lixtenşteynlə oyunu buraxacaq
“Onların itirəcəyi heç nə yoxdur” - Ayxan Abbasov
“Sabah mütləq qalib gəlməliyik” - Emin Mahmudov
O da zədələndi, millidən getdi
Mərc oyunlarının qadağan edilməsinin səbəbini açıqladı
“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirildi
“Real”ın futbolçusu əməliyyat olunacaq
PFL 15 oyunun vaxtını açıqladı
Vüqar Nadirovun unudulmaz qolu - Video
Azərbaycan boksçuları Avropa çempionatına yollandılar
“Mançester Siti” günahsızlığını sübut edəcəyinə əmindir
Futbolçularını Messinin vida oyununa buraxmadılar
Bu federasiyaya yeni prezident seçildi
“Hazırda millinin heyəti elə də güclü deyil” - Mircavadov
Rudolf Speyd “Qarabağ”ın futbolçusu haqda nə dedi?
Şotlandiya - Azərbaycan oyunu bu kanalda
Skalonidən Messi açıqlaması
Türkiyə millisinin heyətindən çıxarıldı
Klub prezidenti qətlə yetirildi
Mikels bu dəfə millidə qol ötürməsi etdi
"Mançester Siti"nin sabiq futbolçusu vəfat etdi
İspaniyanın Xorvatiyaya vurduğu 4 qol - Video
Portuqaliya millisində Ronaldo gərginliyi
Çeferindən İnfantinoya sərt sözlər: “Artıq kifayətdir”
“Sabahın Ulduzları”nda bürünc medalın sahibləri bilindi