Çempionatda yaranmış fasilə sona çatmaq üzrədir və bu həftə “Xəzər Lənkəran”la “Bakı” arasındakı oyunda mühüm əhəmiyyət daşıyır.
Qol.Az oyun ərəfəsində “Xəzər Lənkəran”ın rəsmi saytında dərc olunmum bu matçla bağlı yazısı təqdim edir:
“Oyunun əhəmiyyəti. Ötən tur “Neftçi” ilə oyunda xal itirən “Xəzər Lənkəran” ilk pillədən 4 xal geri qalır və bu fərqi aradan qaldırmaq üçün hər oyundan maksimum istifadə etmək lazımdır. “Bakı” isə hazırda 6-cı pillədə qərarlaşıb və komandamızdan 14 xal geridədir. Turnir cədvəlində irəliləmək perspektivinin o qədər də çox olmamasına rəğmən rəqiblərimiz qış fasiləsindən sonra keçirilmiş oyunlarda daha yaxşı təsir bağışlayır.
Bu iki komanda həmçinin Azərbaycan kubokunun yarımfinalında da üz-üzə gələcək. Bu baxımdan çempionatda qazanılan uğurlu nəticə kubok oyunları öncəsi psixoloji üstünlük anlamına da gəlir.
Hazırkı statistika. “Xəzər Lənkəran” “Bakı” ilə bu mövsüm iki dəfə qarşılaşıb və hər iki oyun eyni hesabla başa çatıb – 1:1. Həm Lənkəranda, həm Bakıda keçirilmiş oyunlarda komandamızın qolunu Uinston Parks vurub. “Bakı” bu mövsüm komandamızın qapısından ilk qol keçirən komanda kimi də yadda qalıb.
Bu mövsüm “Xəzər Lənkəran” səfərdə keçirilmiş çempionat oyunlarında 6 qələbə qazanıb, 3 heç-heçə edib və 3 dəfə məğlub olub. Komandamız hazırki mövsümdə çempionat və kubokda 4 dəfə Tofiq Bəhramov adına Respublika stadionunda oyun keçirib və bu oyunların heç birində məğlub olmayıb. “Bakı”nın ev oyunlar statistikası isə belədir – 4 qələbə, 3 heç-heçə, 5 məğlubiyyət.
“Xəzər Lənkəran” və “Bakı” bu tura kimi eyni sayda qol vurublar – 29. Lakin buraxılan qollar qrafasında komandamızın göstəricisi daha yaxşıdır – 14 qol, rəqibdə isə bu göstərici 23-dür. Eyni zamanda, nəzərə almaq lazımdır ki, keçirilmiş son altı oyunda “Bakı” cəmi 3 dəfə qapısında qol görüb, həmçinin bu komanda son 10 turda yalnız bir oyunda bir qoldan artıq vurmağı bacarıb.
Tarix. Bugünə kimi “Xəzər Lənkəran” çempionatlarda 7 dəfə “Bakı” səfərinə yollanıb. Bu qarşılaşmaların yalnız ikisində məğlub olan komandamız, 4 dəfə heç-heçə oynayıb və bir dəfə qalib gəlib. Ötən mövsümə təsadüf edən bu qələbə böyük hesablı olub – 3:0.
Oyunçular. “Bakı”ya bu çempionatda hər iki qolumuzu vuran və hazırda heyətdə ən yaxşılardan olan Uinston Parksın yenə diqqət mərkəzində olacağı gözlənilir. Elnur Allahverdiyev isə böyük ehtimalla bu həftə keçiriləcək oyunu zədə üzündən buraxmalı olacaq. Həmçinin iki oyunçumuz - Kamran Ağayev və Rahid Əmirquliyev – bu həftə milli komandanın heyətində 90 dəqiqə oynayıb komandanın düşərgəsinə dönüblər.
Oyunun vaxtı və yeri. Oyun aprel ayının 2-si Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Görüşün başlama vaxtı: 16:00”.
"Atletiko" ilə fikir ayrılıqlarını aradan qaldırdıq"
Ronaldo yığmanın düşərgəsini tərk edib?
Şotlandiya - Azərbaycan matçının heyətləri açıqlandı
Hakimlərlə bağlı açıqlaması başına bəla oldu
10 oyunluq cəzalansa da, baş məşqçi onu təriflədi
“Heç kim heyət seçimimə təsir edə bilməz”
Millimizin futbolçusu Lixtenşteynlə oyunu buraxacaq
“Onların itirəcəyi heç nə yoxdur” - Ayxan Abbasov
“Sabah mütləq qalib gəlməliyik” - Emin Mahmudov
O da zədələndi, millidən getdi
Mərc oyunlarının qadağan edilməsinin səbəbini açıqladı
“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirildi
“Real”ın futbolçusu əməliyyat olunacaq
PFL 15 oyunun vaxtını açıqladı
Vüqar Nadirovun unudulmaz qolu - Video
Azərbaycan boksçuları Avropa çempionatına yollandılar
“Mançester Siti” günahsızlığını sübut edəcəyinə əmindir
Futbolçularını Messinin vida oyununa buraxmadılar
Bu federasiyaya yeni prezident seçildi
“Hazırda millinin heyəti elə də güclü deyil” - Mircavadov
Rudolf Speyd “Qarabağ”ın futbolçusu haqda nə dedi?
Şotlandiya - Azərbaycan oyunu bu kanalda
Skalonidən Messi açıqlaması
Türkiyə millisinin heyətindən çıxarıldı
Klub prezidenti qətlə yetirildi
Mikels bu dəfə millidə qol ötürməsi etdi
"Mançester Siti"nin sabiq futbolçusu vəfat etdi
İspaniyanın Xorvatiyaya vurduğu 4 qol - Video
Portuqaliya millisində Ronaldo gərginliyi
Çeferindən İnfantinoya sərt sözlər: “Artıq kifayətdir”
“Sabahın Ulduzları”nda bürünc medalın sahibləri bilindi