"Bakı"nın baş məşqçisi Aleksandar Starkov Unibank Premyer Liqasının XXV turunda “Xəzər-Lənkəran”la oyunu öncəsi derbi anlamına gələn qarşılaşma və Antalya təlim-məşq toplanışı haqqında fikirlərini bildirib. Qol.Az-ın məlumatına görə, latviyalı mütəxəssis klubun rəsmi saytına açıqlamasında Antalyadakı toplanışın müsbət cəhətlərini vurğulayıb.
Onun fikrincə, belə bir toplanışı təşkil etmək yaxşı təklif idi: "Çünki çempionatda 2 həftəyə yaxın fasilə yaranırdı. Bu boşluqdan maksimum səmərəli istifadə etmək qərarına gəldik. Bildiyiniz kimi, Antalyada Türkiyə Superliqasının iki komandası ilə yoldaşlıq oyunu keçirdik. Bu oyunlarda çempionatda az oyun keçirən və eləcə də gənc futbolçular Nurlan Novruzov, Nicat Abdullayev, Rəhman Hacıyev, Aqil Məmmədova oynamaq imkanı verdik. Onlar səviyyəli komandalara qarşı keçirilən oyunlarda təcrübə qazandılar. Güclü rəqiblərlə oynamaq komandamızın oyununa müsbət təsir göstərir. Zənnimcə, təlim-məşq toplantımız faydalı oldu".
Premyer Liqa oyununa gəldikdə, Starkov “Xəzər-Lənkəran”ı çempionatın liderlərindən olduğunu və "Bakı"ya qarşı oyuna yüksək motivasiya ilə çıxacağını deyib: "Çətin oyun olacaq. Biz öz tərəfimizdən ciddi hazırlaşırıq. Bizə problem yaradacaq bir amil var ki, 4 futbolçumuz milli komandalarının düşərgəsindən yenicə qayıdıb. Onların meydana çıxıb-çıxmayacaqları hazırlıq səviyyələrindən asılı olacaq. Biz hər oyuna eyni məsuliyyətlə yanaşırıq. “Xəzər Lənkəran”la qarşılaşmada da “Bakı” azarkeşləri, klub rəhbərliyini sevindirmək üçün yaxşı oyun göstərməliyik”.
"Bakı" - "Xəzər Lənkəran" görüşü aprelin 2-də keçiriləcək.
"Atletiko" ilə fikir ayrılıqlarını aradan qaldırdıq"
Ronaldo yığmanın düşərgəsini tərk edib?
Şotlandiya - Azərbaycan matçının heyətləri açıqlandı
Hakimlərlə bağlı açıqlaması başına bəla oldu
10 oyunluq cəzalansa da, baş məşqçi onu təriflədi
“Heç kim heyət seçimimə təsir edə bilməz”
Millimizin futbolçusu Lixtenşteynlə oyunu buraxacaq
“Onların itirəcəyi heç nə yoxdur” - Ayxan Abbasov
“Sabah mütləq qalib gəlməliyik” - Emin Mahmudov
O da zədələndi, millidən getdi
Mərc oyunlarının qadağan edilməsinin səbəbini açıqladı
“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirildi
“Real”ın futbolçusu əməliyyat olunacaq
PFL 15 oyunun vaxtını açıqladı
Vüqar Nadirovun unudulmaz qolu - Video
Azərbaycan boksçuları Avropa çempionatına yollandılar
“Mançester Siti” günahsızlığını sübut edəcəyinə əmindir
Futbolçularını Messinin vida oyununa buraxmadılar
Bu federasiyaya yeni prezident seçildi
“Hazırda millinin heyəti elə də güclü deyil” - Mircavadov
Rudolf Speyd “Qarabağ”ın futbolçusu haqda nə dedi?
Şotlandiya - Azərbaycan oyunu bu kanalda
Skalonidən Messi açıqlaması
Türkiyə millisinin heyətindən çıxarıldı
Klub prezidenti qətlə yetirildi
Mikels bu dəfə millidə qol ötürməsi etdi
"Mançester Siti"nin sabiq futbolçusu vəfat etdi
İspaniyanın Xorvatiyaya vurduğu 4 qol - Video
Portuqaliya millisində Ronaldo gərginliyi
Çeferindən İnfantinoya sərt sözlər: “Artıq kifayətdir”
“Sabahın Ulduzları”nda bürünc medalın sahibləri bilindi