"Bakı"da Ramim şoku

"Bakı"da Ramim şoku
XƏBƏR 1 Aprel 2011 / 00:01 2031
-  A +

"Bakı" klubu aprelin 2-də "Xəzər Lənkəran"la keçirəcəyi Azərbaycan Premyer Liqasının XXV tur matçı öncəsi şok zədə ilə üzləşib. Qol.Az-ın məlumatına görə, paytaxt komandasının braziliyalı yarımmüdafiəçisi Fabio Luiş Ramim məşqi tamamlaya bilməyib. 

Millimizin futbolçusu Vyaçeslav Sofroni ilə mübarizədə zədələnib. Məşqi yarımçıq dayandırmağa məcbur olan Fabionun zədəsinin nə dərəcədə ciddi olması tibbi müayinədən sonra bilinəcək.

Qeyd edək ki, “Bakı” klubunun təlim-məşq bazasında baş tutan məşqə milli  komandalarda olan futbolçular da qatılıblar. Lakin onlar hazırlığı erkən bitiriblər. Premyer Liqa oyunlarına hazırlıq plana uyğun şəkildə davam edir.


Son xəbərlər
30.12.25  16:04

Pedri hazırdır