Ramiz Məmmədovun komandası xal itkisilə üzləşdi

XƏBƏR 31 Mart 2011 / 19:13 1865
-  A +

Bu gün Qazaxıstan çempionatında 4-cü turun oyunlarına start verilib. Qol.Az-ın məlumatına görə, həmyerlimiz Ramiz Məmmədovun rəhbərlik etdiyi "Atırau" klubu evdə 2 vacib xal itirib.

Məmmədovun komandası Almatının “Kayrat” klubu ilə görüşdə 2:2 hesablı bərabərliyə qalıb. "Atırau"da matçın 34-cü dəqiqəsində Şaffla, 53-cü dəqiqəsində isə Valentin Çureyev fərqlənib.

Qeyd edək ki, "Atırau"  4 oyundan sonra 5 xalla 6-cı pillədə qərarlaşıb.


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner