Avropa Azərbaycan Cəmiyyətinin (AAC) Brüsseldəki ofisi Azərbaycan idmanının tanıdılması məqsədilə 50 yüksək səviyyəli qonağı martın 29-da Kral Boduen stadionunda futbol üzrə Avropa çempionatının seçmə mərhələsində Belçika - Azərbaycan oyununa dəvət edib.
AAC-dan APA-ya verilən məlumata görə, qonaqlar arasında Belçika və digər Avropa İttifaqı (Aİ) ölkələrindən yüksək səviyyəli siyasi xadimlər, idman ictimaiyyətinin, media və biznes nümayəndələri, məşhur keçmiş futbolçu Kristian Karembeu, Belçika baş nazirinin müavini Didye Reynders, AFFA-nın baş katibi Elxan Məmmədov, Belçika parlamentlərinin və Avropa Parlamentinin üzvləri olublar.
AAC-ın rəhbəri və təsisçisi Tale Heydərov qonaqlara müraciətində bildirib ki, futbol real və xəyali sərhədləri aşır: “Bu məqsədlə belə mühüm beynəlxalq idman hadisəsinin həyəcanını paylaşmaq üçün Avropa Azərbaycan Cəmiyyəti Belçika və Avropa İttifaqı ölkələrindən əsas maraqlı tərəfləri Avro-2012 seçmə mərhələsinə dəvət edib. Bu, Avropa Azərbaycan Cəmiyyətinin əsas hədəflərindən birini, cəmiyyətin məqsəd və ambisiyaları ilə maraqlananları birləşdirmək hədəfini bir daha sübut edir”.
Didye Reynders isə Brüssel və Bakı arasında əməkdaşlığın vacibliyini vurğulayıb: “İqtisadiyyat, siyasət və mədəniyyət sahəsində mübadiləni davam etdirmək həm Belçika, həm də Azərbaycan üçün böyük əhəmiyyət kəsb edir. Avropa Azərbaycan Cəmiyyəti yaxşı başa düşür ki, bu cür tədbirlər müsbət və aktiv ikitərəfli əlaqələrə böyük töhfə verir”.
Sonda çıxış üçün söz Elxan Məmmədova verilib. “Belçika və Azərbaycan böyük futbol ölkələri deyil, lakin bu gecə onlar göstərdilər ki, kiçik ölkələr də futbol nərdivanında öz pillələrini tapa bilərlər”, - deyə AFFA-nin baş katibi vurğulayıb.
Sabiq "Arsenal"lı millinin baş məşqçisi ola bilər
Əlcəzair millisi Petkoviçlə davam edəcək
FİFA prezidenti Misir yığmasına təşəkkür etdi
"Argentinaya qarşı planlarımız var"
Qadın güləşçimizdən tarixi uğur
“Şamaxı” yeni qapıçı transfer etdi
Mundialda penaltilərdə ilk zərbəni vuranlar uduzur
"Mənim keyfiyyətlərimə sahib futbolçu görmürəm"
Klublararası Dünya Çempionatı harada keçiriləcək?
"İnfrastruktur əladır, amma..."
La Liqada hansı matçlar təxirə salınacaq?
Vozinya Messinin komanda yoldaşı ola bilər
DÇ-2026-nın iştirakçısı olan futbolçu dünyasını dəyişdi
Əvəzedicilər Liqasında növbəti mövsüm bu tarixdə başlayacaq
"Karvan-Yevlax"dan getdi
“Azərbaycan çempionatı gözlənilməzdir”
Razılıq əldə olundu, “Real”da qalır
"Atletiko" Danimarka millisinin üzvünü transfer etdi
“Niyə Azərbaycanda da çempion olmayım?" - Vernidub
Fransa millisinə şad xəbər
"Mançester Siti" 17 yaşlı futbolçu transfer etdi
Kurt Zuma BƏƏ klubunda
FİFA milyonlar qazanacaq - Qazon satışından!
20 yaşlı oyunçu dünyasını dəyişdi
Bakıda IBA Çempionlar Gecəsi keçirilib
UEFA-nın yenilənən reytinqi - Klublarımız neçəncidir?
Skaloni: "Fransa - İspaniya oyunu erkən finaldır"
Kabo-Verde millisinin oyunçusundan maraqlı açıqlama
İspaniyanı yarımfinala aparan qələbə - Video
İspaniya - Belçika oyununun ən yaxşısı müəyyənləşdi