AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan milli komandasının səfərdə Belçikaya 1:4 hesabı ilə məğlub olması baş məşqçi Berti Foqtsun istefasını gündəmə gətirib. Qol.Az-ın məlumatına görə, AFFA İcraiyyə Komitəsinin üzvü və Sahə Futbol Federasiyalarının prezidenti Mahir Məmmədov verdiyi müsahibədə məsələyə belə aydınlıq gətirib.
- Azərbaycan milli komandası Belçika yığması ilə səfər oyununda böyük hesabla uduzdu. AFFA İcraiyyə Komitəsinin üzvü kimi millimizin çıxışı barədə hansı fikirdəsiniz?
- Oyunu Brüsseldəki “Rua Boduen” arenasında canlı izlədim. Əlbəttə, Belçika yığması hazırda güclü, sürətlə inkişaf edən komandalardan biridir. Almaniyaya qarşı çox maraqlı oyun nümayiş etdirdilər, Avstriyanı səfərdə məğlubiyyətə uğratdılar. Yığmamıza gəldikdə, komandamız barədə çox diskussiya edir, danışırıq. Deyə bilərəm ki, futbolçularımızda ilk növbədə, özünəinam yoxdur, bu sarıdan axsayırlar. Məncə, onların əsas çatışmazlığı bundadır. Bu, çox vacib komponentdir. Futbolçularımız özlərinə, öz bacarıqlarına inanmırlar.
- Berti Foqtsun baş məşqçi postunda fəaliyyətini necə dəyərləndirirsiniz?
- Foqts barədə AFFA rəhbərliyinin fikrindən fərqli mövqeyim yoxdur. 2012-ci il Avropa çempionatının seçmə qrup mərhələsində cəmi 4 oyun keçirmişik. Onlardan da 3-ünü Almaniya, Avstriya, Belçika kimi komandalara qarşı səfərdə oynamışıq. Bu rəqiblərimizin heç biri zəif komandalar deyil. Bir az səbir edin də... Seçmə tsikl hələ indi başlayıb. İtirilmiş xallara görə Azərbaycan yığması ikinci yerdə olan Belçikadan cəmi 3 xal geri qalır.
- Maraqlı statistikadır...
- Əlbəttə. İndiki mərhələdə ən vacib statistika qazanılmış yox, itirilmiş xallardır. Qazanılmış xallar axırıncı turdan sonra hesablanır. Hakimin final fitinin ardından hansı komandanın neçə xal qazandığı hesablanır. Bu, ilk və son məna kəsb edir. O vaxtadək isə statistika və perspektiv üçün ən vacib amil itirilmiş xallardır.
- Bəs hər üç səfər matçında böyük hesablı məğlubiyyətlər statistika üçün vacib deyil?
- Vacibdir. Buna mənfi yanaşıram. Bu, o deməkdir ki, Azərbaycan yığması səfər komandası deyil. Rəqiblər də çox güclüdür.
- Elə isə məqsədimiz qrupumuzda sonuncu yeri tutan Qazaxıstan yığması üzərində qələbələr hesabına xal ehtiyatımızı artırmaqdan ibarətdirsə, Foqts kimə lazımdır?
- Yenə deyirəm, Belçika yığması sürətlə inkişaf edən, ortadan da bir qədər yüksək səviyyəli Avropa komandasıdır. Bu komandanın tarixini də bilirsiniz, indiki durumunu da. Millimiz hansı səbəblərdən Brüsseldən qələbə ilə qayıtmalı idi, mən bunu bilmirəm. Siz bilirsinizsə, həmin səbəbi mənə də göstərin. Demək istəyirəm ki, bizim uşaqlarda özünəinam yüksək səviyyədə olsaydı, ola bilsin, hesabı 1:1 etdikdən sonra 15 dəqiqəlik xoşbəxtliyimizi oyunun sonunadək uzada bilərdilər.
Belçika yığmasının güclü olmasını da, millimizin funksional cəhətdən zəifliyini də qeyd etməliyik. Siz Foqtsu günahlandırırsınız. Mən isə əsas işi klublarda görürəm. Klublardan çıxan futbolçuları 5-10 gün ərzində tərbiyələndirib Avropa səviyyəsinə qaldırmaq mümkün deyil. Bu işlə Foqts məşğul olmur.
- Hesab 1:1 ikən Rail Məlikovun yersiz hərəkətlə penalti səbəbkarı olmasına münasibətiniz necədir?
- Bax, bu da uşaqların özünə inamsızlığından irəli gəlir. Penaltiyədək Rail Məlikova göstərilən sarı vərəqə mənə bir qədər qərəzli göründü. Həmin məqamda oyunçumuzun qaydanı pozması mütləq deyildi. Penalti epizodu da həmçinin. Fikrimcə, bunların hamısı inamsızlıqdan irəli gəlir.
- Oyundan sonra Foqts istefaya hazır olduğunu, amma qərarı AFFA rəhbərliyinin verəcəyini söyləyib...
- Yəqin ki, bu adi, emosional reaksiyadır. Əlbəttə, Foqts öz məsuliyyətini hiss edir, bu məğlubiyyətə görə, inanın, bizdən qat-qat ağır hisslər keçirir. O üzdən, baş məşqçinin dediklərini emosional reaksiya kimi qiymətləndirmək olar. Bildiyim qədəri ilə federasiyamızın Foqtsun istefasını qəbul etmək, onu istefaya göndərmək fikri yoxdur.
- Gürcüstanla sıx əlaqələriniz var və Qafqazda futbolun vəziyyətindən xəbərdarsınız. Ermənistan və Gürcüstan futbolunun ən azı yığma komandalar səviyyəsində Azərbaycandan güclü olmasını necə qəbul edirsiniz?
- Onların yığmalarının nəticələri olsa da, klubları barədə bunu demək olmaz. Hazırda Azərbaycan klublarının nəticələri daha ürəkaçandır. Bu, gec-tez özünü milli komandalarımızda da mütləq göstərəcək.
Mənbə Lent.az
"Atletiko" ilə fikir ayrılıqlarını aradan qaldırdıq"
Ronaldo yığmanın düşərgəsini tərk edib?
Şotlandiya - Azərbaycan matçının heyətləri açıqlandı
Hakimlərlə bağlı açıqlaması başına bəla oldu
10 oyunluq cəzalansa da, baş məşqçi onu təriflədi
“Heç kim heyət seçimimə təsir edə bilməz”
Millimizin futbolçusu Lixtenşteynlə oyunu buraxacaq
“Onların itirəcəyi heç nə yoxdur” - Ayxan Abbasov
“Sabah mütləq qalib gəlməliyik” - Emin Mahmudov
O da zədələndi, millidən getdi
Mərc oyunlarının qadağan edilməsinin səbəbini açıqladı
“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirildi
“Real”ın futbolçusu əməliyyat olunacaq
PFL 15 oyunun vaxtını açıqladı
Vüqar Nadirovun unudulmaz qolu - Video
Azərbaycan boksçuları Avropa çempionatına yollandılar
“Mançester Siti” günahsızlığını sübut edəcəyinə əmindir
Futbolçularını Messinin vida oyununa buraxmadılar
Bu federasiyaya yeni prezident seçildi
“Hazırda millinin heyəti elə də güclü deyil” - Mircavadov
Rudolf Speyd “Qarabağ”ın futbolçusu haqda nə dedi?
Şotlandiya - Azərbaycan oyunu bu kanalda
Skalonidən Messi açıqlaması
Türkiyə millisinin heyətindən çıxarıldı
Klub prezidenti qətlə yetirildi
Mikels bu dəfə millidə qol ötürməsi etdi
"Mançester Siti"nin sabiq futbolçusu vəfat etdi
İspaniyanın Xorvatiyaya vurduğu 4 qol - Video
Portuqaliya millisində Ronaldo gərginliyi
Çeferindən İnfantinoya sərt sözlər: “Artıq kifayətdir”
“Sabahın Ulduzları”nda bürünc medalın sahibləri bilindi