Ağdamın "Qarabağ" klubu "Neftçi" ilə oyunun hazırlıqlarını davam etdirir. Qol.Az-ın məlumatına görə, artıq bu gündən etibarən komanda "ağ-qaralar"la oyuna tam heyətlə hazırlaşır.
Milli futbolçuların düşərgəyə dönməsiylə "Qarabağ" hazırlıqların son mərhələsinə qədəm qoyub. Albaniya millisinin heyətində qələbə qazanaraq Avropa çempionatında iştirak etmək şansını qoruyan Ansi Aqolli klubun rəsmi saytına "Neftçi" ilə oyunöncəsi öz fikirlərini bildirib:
"Milli oyunlar səbəbindən komandamızdan ayrı düşmüşdük. Ona görə də "Neftçi" ilə oyuna istədiyimiz kimi hazırlaşa bilməmişik. Amma inanıram ki, bu amil bakılılarla oyunda özünü göstərməyəcək. Liderə qarşı oynayacağıq. Bu amilin özü belə motivasiya deməkdir".
Millisinin düşərgəsindən yüksək əhval-ruhiyyədə qayıdan 28 yaşlı müdafiəçi emosiyalarını bazar gününə saxlayacaq: "Qələbə qazanmaq hər zaman xoş duyğudur. Belaruslarla oyun ölkəmiz üçün çox vacibdi. Təbii ki, vacib qələbəmiz Admirlə mənə əlavə güc verəcək. Həm də axı "Neftçi" üzərində qələbə bizə çempionluq üçün şans yaradacaq. Təbii ki, çempion olmaq istəyirik. Çünki, "Qarabağ"ın buna layiq olduğunu düşünürəm".
Ansi "Neftçi"də ən təhlükəli oyunçunun Nasimov olduğunu fikirləşir: "Neftçi"nin bu gün lider olmasında Bahodir Nasimovun rolu böyükdür. Özbək forvardı bakılıların ən təhlükəli oyunçusu sayıram. Azərbaycan çempionatında 15 qol vurmaq asan deyil. Düzdü, Nəsimov uzun müddətdi qol vura bilmir. Amma o, hərəkətliliyi ilə daim müdafiəçilərə baş ağrısı yaradır. O, işini artıqlaması ilə görür".
Sol cinahın "ağa"sı ancaq qələbə haqqında düşünür: "Oyuna 3 xal üçün çıxacağıq. İnanıram ki, yüksək templi və bolqollu oyun olacaq. Hər halda çempionatın 2 lider komandası oynayacaq. Bu oyunda qələbə bizim üçün çox vacibdir. Hələlik, "Neftçi" bizdən bir addım öndə görsənir. Amma bazar günü qələbə qazansaq, zənnimcə çempionatın bir nömrəli favoriti olacağıq. Düzdü, həm "Neftçi", həm də "Xəzər Lənkəran" yetərincə güclü komandalardır. Ancaq "Qarabağ" öz oyununu göstərəciyi təqdirdə rəqibimiz ancaq özümüz olacağıq".
"Atletiko" ilə fikir ayrılıqlarını aradan qaldırdıq"
Ronaldo yığmanın düşərgəsini tərk edib?
Şotlandiya - Azərbaycan matçının heyətləri açıqlandı
Hakimlərlə bağlı açıqlaması başına bəla oldu
10 oyunluq cəzalansa da, baş məşqçi onu təriflədi
“Heç kim heyət seçimimə təsir edə bilməz”
Millimizin futbolçusu Lixtenşteynlə oyunu buraxacaq
“Onların itirəcəyi heç nə yoxdur” - Ayxan Abbasov
“Sabah mütləq qalib gəlməliyik” - Emin Mahmudov
O da zədələndi, millidən getdi
Mərc oyunlarının qadağan edilməsinin səbəbini açıqladı
“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirildi
“Real”ın futbolçusu əməliyyat olunacaq
PFL 15 oyunun vaxtını açıqladı
Vüqar Nadirovun unudulmaz qolu - Video
Azərbaycan boksçuları Avropa çempionatına yollandılar
“Mançester Siti” günahsızlığını sübut edəcəyinə əmindir
Futbolçularını Messinin vida oyununa buraxmadılar
Bu federasiyaya yeni prezident seçildi
“Hazırda millinin heyəti elə də güclü deyil” - Mircavadov
Rudolf Speyd “Qarabağ”ın futbolçusu haqda nə dedi?
Şotlandiya - Azərbaycan oyunu bu kanalda
Skalonidən Messi açıqlaması
Türkiyə millisinin heyətindən çıxarıldı
Klub prezidenti qətlə yetirildi
Mikels bu dəfə millidə qol ötürməsi etdi
"Mançester Siti"nin sabiq futbolçusu vəfat etdi
İspaniyanın Xorvatiyaya vurduğu 4 qol - Video
Portuqaliya millisində Ronaldo gərginliyi
Çeferindən İnfantinoya sərt sözlər: “Artıq kifayətdir”
“Sabahın Ulduzları”nda bürünc medalın sahibləri bilindi