Macarıstanın “Yaşıl Qartallar” ləqəbi ilə tanınan əfsanəvi “Ferentsvaroş” futbol klubu cəmi 1 avroya satılıb.
Qol.Az-ın məlumatına görə, buna klubun son illər ciddi maliyyə böhranı ilə üzləşməsi səbəb olub.
“Ferentsvaroş” 2008-ci ildə ingiltərəli iş adamı Kevin Makkeyb tərəfindən 33 milyon avroya satın alınıb. Lakin klub üzləşdiyi maddi çətinlikləri heç cür arxada qoya bilməyib. Bu səbəbdən Makkeyb “Ferentsvaroş”u aldığından 14 milyon avro aşağı qiymətə satmaq istədiyini bəyan edib. Lakin yenə alıcı tapılmayıb. Nəticədə ingiltərəli iş adamı zərərlə üzləşən klubu ZRT firmasına simvolik məbləğə - 1 avroya satıb. O, Macarıstanda ən çox azarkeş kütləsinə malik və ən çox ölkə çempionluğunu qazanan “Ferentsvaroş”u almaqla səhvə yol verdiyini bildirib. Makkeyb Macarıstanda sponsorların verdikləri sözləri yerinə yetirmədiklərini, bu səbəbdən, ölkəni tərk etməyi qərara aldığını söyləyib.
Qeyd edək ki, 1899-cu ildə qurulan “Ferentsvaroş” 28 dəfə Macarıstan çempionluğu, 20 dəfə ölkə kubokunu, 1964-1965-ci il mövsümündə isə finalda İtaliyanın ünlü klubu “Yuventus”u yenərək, hazırkı UEFA Kubokunu qazanıb. “Yaşıl-ağlar” 1975-ci ildə Avropa Kuboklar Kubokunda finaladək irəliləyiblər. Həlledici görüşdə bu komandanın qarşısını Kiyev “Dinamo”su kəsib - 3:0. Macarıstan futbolunun əfsanəvi isimlərindən Şandor Koçiş və Zoltan Çibor kimi futbolçuların da formasını geyindiyi “Ferentsvaroş” ölkənin ən çox azarkeşə malik klubudur.
Sabiq "Arsenal"lı millinin baş məşqçisi ola bilər
Əlcəzair millisi Petkoviçlə davam edəcək
FİFA prezidenti Misir yığmasına təşəkkür etdi
"Argentinaya qarşı planlarımız var"
Qadın güləşçimizdən tarixi uğur
“Şamaxı” yeni qapıçı transfer etdi
Mundialda penaltilərdə ilk zərbəni vuranlar uduzur
"Mənim keyfiyyətlərimə sahib futbolçu görmürəm"
Klublararası Dünya Çempionatı harada keçiriləcək?
"İnfrastruktur əladır, amma..."
La Liqada hansı matçlar təxirə salınacaq?
Vozinya Messinin komanda yoldaşı ola bilər
DÇ-2026-nın iştirakçısı olan futbolçu dünyasını dəyişdi
Əvəzedicilər Liqasında növbəti mövsüm bu tarixdə başlayacaq
"Karvan-Yevlax"dan getdi
“Azərbaycan çempionatı gözlənilməzdir”
Razılıq əldə olundu, “Real”da qalır
"Atletiko" Danimarka millisinin üzvünü transfer etdi
“Niyə Azərbaycanda da çempion olmayım?" - Vernidub
Fransa millisinə şad xəbər
"Mançester Siti" 17 yaşlı futbolçu transfer etdi
Kurt Zuma BƏƏ klubunda
FİFA milyonlar qazanacaq - Qazon satışından!
20 yaşlı oyunçu dünyasını dəyişdi
Bakıda IBA Çempionlar Gecəsi keçirilib
UEFA-nın yenilənən reytinqi - Klublarımız neçəncidir?
Skaloni: "Fransa - İspaniya oyunu erkən finaldır"
Kabo-Verde millisinin oyunçusundan maraqlı açıqlama
İspaniyanı yarımfinala aparan qələbə - Video